Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives - UNEP CPR) Bürosunun sədri seçilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın bu quruma sədrliyi 2025-2027-ci illəri əhatə edəcək, rəhbər vəzifəni isə ölkənin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev icra edəcək.
Qeyd edək ki, UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.
2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.
Azərbaycanın sədr olaraq seçilməsi, eləcə də UNEP-in 2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahib kimi təstiqlənməsi bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır