Baş nazir Əli Əsədov iclas çağırdı
İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz hasilatı sahəsində cari vəziyyət, əsas göstəricilər və perspektivlər, o cümlədən, SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, 2035-ci ilədək hasilat proqnozları, Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri çərçivəsində işlənən və yeni yataqlar üzrə ehtiyat həcmləri, “Azneft” İstehsalat Birliyinin fəaliyyəti, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti, neft-kimya məhsullarının istehsalı və ölkədaxili yanacaq tələbatı, SOCAR tərəfindən ölkə xaricində həyata keçirilən layihələr, SOCAR-ın maliyyə göstəriciləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş təqdimatı dinlənilib, eləcə də iqtisadiyyat naziri (SOCAR-ın Müşahidə Şurasının sədri) Mikayıl Cabbarov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov da çıxış edib. Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın və AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunaraq AİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıqlar verilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır