Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
ABŞ Konqresinin 119-cu çağırış yeni tərkibinə ilk iş günündə Gürcüstanla bağlı iki qanun layihəsi təqdim olunacaq.
AzVision.az Gürcüstanın “Novosti Qruzii” portalına istinadən xəbər verir ki, ABŞ Helsinki Komissiyasının nümayəndələri, Nümayəndələr Palatasının üzvləri demokrat Stiven Koen və respublikaçı Co Vilson keçirdikləri mətbuat konfransında belə deyiblər.
Beləliklə, ikipartiyalı qrup ilk dəfə 2023-cü ildə Konqresə təqdim edilmiş qanun layihəsi olan “MEGOBARI Aktı” na yenidən qeydiyyatdan keçirməyi planlaşdırır. Onun məqsədi “demokratiyaya xələl gətirən” gürcü rəsmilərinə və fərdlərinə qarşı sanksiyalar tətbiq etmək, həmçinin vətəndaş cəmiyyətinə və Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstəyi gücləndirməkdir.
Müəlliflərin iddiasına görə, “MEGOBARI Aktı”nın yenilənmiş variantı “Gürcü arzusu”nun bütün məmurlarının və onların yaxın qohumlarının korrupsiya və ya Gürcüstanın suverenliyinə xələl gətirmək cəhdlərinin tam yoxlanılmasını nəzərdə tutur.
Helsinki Komissiyasının üzvləri ikinci qanun layihəsini “Gürcü kabusunun tanınmaması haqqında qanun” adlandırırlar. Təşəbbüsə əsasən, ABŞ 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin rəsmi nəticələrini tanımamalıdır.
Qeyd edək ki, kollektiv Qərbin Gürcüstanın legitim hakimiyyətinə qarşı qərəzli addımlarına cavab olaraq, rəsmi Tbilisi hökumət əleyhinə mitinqlərdə və iğtişaşlarda iştirak etmiş 25 əcnəbinin ölkədən qovulması barədə qərar verib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır