BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik edib.
Mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və ölkənizin rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Azərbaycan iqtisadiyyatında dönüş yaradan və dünya miqyaslı neft-qaz layihələrinə "yaşıl işıq" olan "Əsrin müqaviləsi"nin imzalanmasının bu il 30 illiyini qeyd etdik. Bu yubiley ili "Azəri"-"Çıraq"-"Günəşli" üzrə sərbəst qaz hasilatı haqqında Sazişin imzalanması və bu yaxınlarda həmin yataqdan 600 milyonuncu ton hasilatın əldə edilməsi ilə daha da əlamətdar oldu.
Eləcə də SOCAR-la yeni əməkdaşlıq imkanları və “yaşıl enerji” sahəsi ilə bağlı layihələrinizin reallaşması istiqamətində mühüm addımlar atıldı.
Onilliklərdir davam edən bu enerji tərəfdaşlığımız müddətində göstərdiyiniz daimi dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan hökuməti və SOCAR ilə strateji tərəfdaşlığımız bundan sonra hələ uzun illər davam edəcək.
Fürsətdən istifadə edərək Sizi, ailənizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram". XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır