“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi
Prezident İlham Əliyev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, bundan sonra sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.
Bundan başqa, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilməyəcək, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul edəcəklər.
Eyni zamanda, gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır