Bayramov BMT-nin ali nümayəndəsi ilə görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
Ötən gün baş tutan görüşdə Azərbaycan və UNAOC arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək plan və birgə layihələr, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Azərbaycanın UNAOC ilə uğurlu və məhsuldar əməkdaşlıq etdiyi diqqətə çatdırılıb, əməkdaşlıq dinamikamızın inkişafında şəxsən töhfə vermiş ali nümayəndənin faəliyyəti xüsusilə qeyd edilib.
Ölkəmizin sivilizasiyalararası dialoqda oynadığı rolundan bəhs olunub, bu istiqamətdə həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.
İşğal dövrünün ağır humanitar nəticələrinə baxmayaraq, münaqişəyə son qoyulmasından dərhal sonra Azərbaycanın sülh gündəliyi təşəbbüsü ilə çıxış etdiyi və normallaşma prosesinin irəlilədilməsində ən aktiv tərəf olduğu diqqətə çatdırılıb. Sülh müqaviləsinin imzalanmasına maneə törədən bir sıra açıq məsələlərin mövcudluğu, xüsusilə Ermənistanın Konstitusiyası da daxil olmaqla, bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaların sülh gündəliyinin irəli aparılmasına mane olduğu diqqətə çatdırılıb.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır