Fransa əsl simasını nümayiş etdirdi - Prezident
Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Fransa əsl simasını nümayiş etdirdi.
Bunu Prezident İlham Əliyev avqustun 5-də Burkina Fasonun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edərkən deyib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Azərbaycan Prezidenti, ilk növbədə, BMT-də, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyin göstərilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neo-müstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirdi. Bu xüsusda Fransanın həyata keçirdiyi neo-müstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə beynəlxalq qeyri-hökumət hərəkatı çərçivəsində fəal iş apardığını bildirdi.
Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan Prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın əsl simasını nümayiş etdirdiyini, BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini qeyd etdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır