Güney Qafqazda slüh: TARİXƏ QOVUŞUR... - Savaş istəyirlərsə... SAVAŞACAĞIQ!
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırmağa və Azərbaycana böhtan atmağa cəhd edib. 2020-ci ildə Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini mənfi müstəvidə təqdim etməyə cəhd göstərib. Heç şübhəsiz, Azərbaycan ərazilərinin 20 faizini zəbt edərək, 30 il ərzində işğal altında saxlamış Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir. Makron şanlı Qələbəmizə qara yaxmağa cəhd etmək əvəzinə Fransanın uzun illər ərzində Ermənistanı dəstəkləyərək onu Azərbaycan ərazilərinin işğalını davam etdirməyə cəsarətləndirməsinə görə öz ölkəsinin məsuliyyətini etiraf etməlidir. Azərbaycan Fransadan Ermənistanı silahlandırmasını və digər pozucu əməllərini dərhal dayandırmağı tələb edir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getdiyi, sərhədlərin delimitasiya və demarkasiya prosesinin davam etdiyi, kommunikasiyaların açılmasının müzakirə olunduğu vaxtda Fransanın, Hindistanın, qonşu İranın Ermənistanı silahlandırması bizi ciddi narahat edən amildir. Analitikə görə, Ermənistan nə qədər silahlansa da, Azərbaycan hərbi-texnika baxımından, həm də ordu cəhətdən ermənilərdən dəfələrlə güclüdür:
"44 günlük anti-terror əməliyyatı zamanı Ermənistan ordusunun hansı səviyyədə olması üzə çıxdı. Azərbaycan Ordusu öz gücü hesabına torpaqlarını erməni işğalçılarından təmizlədi və ərazi bütövlüyünü bərpa etdi. Məğlub Ermənistan Azərbaycanla sülh danışıqlarına getməyə məcbur oldu. Sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunması baxımından olduqca zəruridir. İndiki məqamda Fransa, Hindistan və İranın Ermənistanı silahlandırması bizi narahat etməyə bilməz. Çünki bunlar sülh danışıqlarının irəliləməsinə mənfi təsir göstərən amillərdir. Əgər qonşu İran iddia etdiyi kimi Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasını istəyirsə, Ermənistanı silahlandırmamalı, buna şərait yaratmamalıdır. Təəssüf doğuran digər hal odur ki, İranın Ermənistana hərbi texnika ötürməsi yeni seçilən azərbaycanlı Prezident Məsud Pezeşkianın dövründə yaşanır. Görünür, İran da Azərbaycanın daha da güclənməsini istəmir. Buna qısqanclıqla yanaşır".
S.Əsədli əlavə edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olub və Avropa Birliyinin üzvüdür:
"Əslində, Avropa Birliyi Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır. Amma burada cığallıq edən tərəf Fransadır. Fransa Ermənistana hər cür siyasi-hərbi yardım göstərir. Bu da ondan xəbər verir ki, Paris münaqişənin həllinə səy göstərmir, əksinə, maneçilik törədir. Fransa Prezidenti E.Makronun da Azərbaycana qarşı atdığı addımlar, səsləndirdiyi bəyanatlar bunun bariz nümunəsidir. Hindistan da hər zaman Ermənistanın yanında olub, ermənilərə ciddi yardım göstərib. Bu da böyük ehtimal Azərbaycan-Pakistan arasında hərtərəfli etimadın, strateji müttəfiqliyin yüksək olması ilə əlaqəlidir".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır