Paşinyan Əliyevlə görüşdən niyə qaçıb? – Danielyandan şok
Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində təklif edilən görüşdən imtina etməsi ciddi müzakirə edilir.
Rəsmi Bakının Paşinyanın imtinasını sülh gündəmindən qaçmaq kimi qiymətləndirməsindən sonra İrəvan əl-ayağa düşsə və birbaşa-ikitərəfli danışıqlara sadiq olduğunu elan etsə də, erməni politoloqlar Nikolun imtinasının səbəbini izah etməyə çalışırlar.
Bu sırada politoloq Stepan Danielyan maraqlı bir iddia səsləndirib. O deyib ki, Londonun əsas diqqət etdiyi məqam Orta Dəhlizdir:
“Təbii ki, detalları bilmirik, amma məntiqi anlamağa çalışaq. Görüşə Britaniya tərəfi təşəbbüs göstərib və təbii ki, Britaniyanın gündəliyinə uyğun görüş keçirilməli idi. Böyük Britaniyanın Azərbaycanda və Mərkəzi Asiyada, xüsusən də mədən sektorunda on, hətta yüz milyardlarla investisiyası var. O, Orta Dəhliz məsələsi ilə məşğul olmalıdır, yəni Ermənistan Zəngəzur bölgəsində öz suveren nəzarətindən əl çəkməlidir. Azərbaycanın da bununla bağlı tələbi var. Ehtimal etmək olar ki, Ermənistan nümayəndə heyəti bu gündəliyi rədd edərək fərqli gündəmlə görüş təklif edib, Azərbaycan isə gündəmi dəyişməkdən imtina edib”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır