XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı
15-07-2024, 16:24

 Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, bu müddət oktyabrın 1-nə kimi uzadılıb.

Xatırladaq ki, əvvəl bu müddət iyulun 1-nə kimi nəzərdə tutulmuşdu.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.