SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Makronun qürubu - Fransa prezidenti reytinq problemi yaşayır - ANALİZ

Makronun qürubu - Fransa prezidenti reytinq problemi yaşayır - ANALİZ

Tarix:

14-06-2024, 17:54

/ 406 dəfə oxundu.
Makronun qürubu - Fransa prezidenti reytinq problemi yaşayır - ANALİZ

Gözlənilənlər və proqnozlar özünü doğruldur. İqtidarın uğursuz idarəçiliyi, səriştəsizliyi Fransanı addımbaaddım fəlakətə və böhrana doğru sürükləyir. Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri isə ölkənin necə bir fəlakətli həddə çatdığının göstəricisi idi.

Ultrasağların, qatı millətçilərin uğuru ölkəni faktiki olaraq vətəndaş qarşıdurması həddinə çatdırıb. Bütün bunlar da ölkə liderinin reytinqinə təsirsiz ötüşmür. Məsələn, yayılan məlumatlara görə, 2017-ci ildən Fransaya rəhbərlik edən prezident Emmanuel Makronun reytinqi son 5 ilin ən aşağı səviyyəsinə düşüb. Bu ölkənin “Elabe” tədqiqat şirkətinin keçirdiyi sorğunun nəticələri göstərir ki, dövlət başçısına etimad səviyyəsi beş bənd azalaraq cəmi 24%-ə düşüb. Bu da Makronun ikinci prezidentlik müddətinin başlanmasından bəri ən aşağı göstəricidir.

Analoji hal yalnız 2019-cu ildə “sarı jiletlilər”in kütləvi etirazları zamanı qeydə alınıb, o zaman Makron cəmi 23 nəfər tərəfindən dəstəklənmişdi.

“Elabe” rəhbəri, sosioloq Bernard Salames deyib ki, bu, iqtisadi problemlərin ən əhəmiyyətli məsələ olduğunu göstərir. Onun sözlərinə görə, Emmanuel Makronun parlamentin buraxılması ilə bağlı yaratdığı qeyri-sabitlikdən də narahatlıq var: “Fransa prezidenti səsvermənin ikinci turunda çətinliklərlə üzləşə bilər. Nə respublikaçılar, nə də Sosial Demokrat Partiyasının tərəfdarları Makronun partiyasına səs verməyə hazırdırlar”.


Makronla yanaşı, yanvarda baş nazir təyin olunan Qabriel Attala da inam azalmaqda davam edir. Sorğu göstərir ki, ona inam dörd bənd azalaraq 29 %-ə düşüb. "Bu, sual doğurur: seçki kampaniyasında Emmanuel Makronun səsi eşidilirmi? Şübhəsiz ki, Qabriel Attal ona rəhbərlik etmək üçün ən uyğun adamdır", - sosioloq deyib.

Qeyd edək ki, Avropa Parlamenti seçkilərində ifrat sağçı “Milli birlik” partiyası Makron tərəfdarlarının koalisiyasını qabaqlayaraq 31,36% səs toplayıb. Bundan sonra prezident Milli Assambleyanın buraxıldığını və iki mərhələdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib. Bundan əvvəl məlum olub ki, Makronun parlamentin aşağı palatasını (Milli Assambleya) buraxması və növbədənkənar seçkilər keçirmək qərarı İntibah partiyasının üzvləri arasında etiraza səbəb olub. Ona yaxın olan bəzi insanlar hələ də onun “yeni macərasının” məntiqini anlamağa çalışırlar.

Məhz Makronun yarıtmaz idarəçiliyinin nəticəsidir ki, ölkəni etiraz aksiyaları bürüyüb. Məsələn, Lionda faktiki olaraq hər gün sağ partiyaların seçkilərdə qalib gələcəyi ehtimalından qorxan insanların mitinqləri keçirilir. Mitinqdə faşizmə, irqçiliyə qarşı şüarlar səsləndirilir, bəzi nümayişçilər “Milli Birliy”in sədri Bardellanın Adolf Hitleri müqayisə edən plakatlar nümayiş etdirirlər. Yürüş iştirakçıları avtobus dayanacaqlarını zədələyib, divarları rəngləyib və zibil qutularını yandırıblar. Nümayişçilər gözyaşardıcı qazla dağıdılıb. Sağçı “respublikaçılar”dan olan yerli mer etirazçıların radikal qanadını tənqid edib.

Xatırladaq ki, Makron iyunun 9-da partiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olması səbəbindən Fransa parlamentini buraxıb. O, növbədənkənar seçkilərin iyunun 30-da (birinci tur) və iyulun 7-də (ikinci tur) keçiriləcəyini açıqlayıb. Rəy sorğuları göstərir ki, ifrat sağçıların növbədənkənar seçkilərdə qalib gəlmək üçün hər cür şansı var, lakin mütləq çoxluq yoxdur. Makron ifrat sağçılar qalib gəlsə, istefa verməyəcəyini bildirib.

Beləliklə, Fransa qlobal oyunçu" statusunu sürətlə itirməyə doğru getməkdədir və “status”a görə məhz Makron günahkardır. Avropada və dünyada uzun illərdir ki söz sahibi olan rejimi 8 ilə yaxındır uğursuzluqlar izləyir.

Xarici siyasətdə uğursuzluqlar yetərincədir və bu problemlər dünya mediasının əsas mövzuları sırasındadır. Keçmiş müstəmləkələrdən qovulmanın ardınca onun dənizaşırı ərazilərində etirazlar səngimir. Məsələn, Fransa hakimiyyəti Yeni kaledoniyalıların etirazları qarşısında geri çəkilməyə məcbur olub. Prezident Emmanuel Makron əyalətdə ciddi etirazlara səbəb olan və həmin ərazidə 10 ildən artıq daimi yaşayan şəxslərə seçki hüququnun verilməsi barədə düzəlişin qüvvəyə minməsini dayandırıb. Bu, Yelisey sarayının növbəti məğlubiyyəti hesab edilə bilər. Etirazlar da öz nəticəsini verib. Makron hökuməti etirazların fonunda yerli kanak xalqının səsinə qulaq asmağa məcbur olub.

Beləliklə, böyük ehtimalla Fransanın problemləri qarşıdan gələn seçkilərdən sonra daha da kəskinləşəcək. Ultrasağların qələbəsi də artıq reallığa çevrilir. Çox güman ki, Yay Olimpiya Oyunlarından sonra ölkənin problemləri daha da artacaq. Bütün bunlar da Makronun vaxtından əvvəl hakimiyyətdən getməsi ilə nəticələnə bilər.(Report)

Şərhlər

XƏBƏR LENTİ