XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » "Sülhün təmin edilməsi istiqamətində səyləri dəstəkləyirik" - Misir Prezidenti

"Sülhün təmin edilməsi istiqamətində səyləri dəstəkləyirik" - Misir Prezidenti

"Sülhün təmin edilməsi istiqamətində səyləri dəstəkləyirik" - Misir Prezidenti
8-06-2024, 18:00

 Cənab Prezidentə (Prezident İlham Əliyevə - red.) Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim.

Bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Bu səylərin region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacağını vurğulayan Misir Prezidenti deyib: “Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.