SEVGİLİMƏ............
Bismillahir Rəhmanir Rəhim
Adını çəkmədiyimə görə məni bağışla, Əzizim......
İyirmi bir illik ömür yollarında tək-tənha addımlayarkən, səni gördüm, sənə vuruldum və səni sevdim-sevdalandım. And olsun Allaha ki, daima xəyallarımda təsvirini çəkdiyim və ağlımda həmişə məni narahat edən o gözəl qız məhz sən imişsən.....
Uca Allahıma sonsuz dərəcədə şükürlər və həmd-sənalar olsun ki, səni mənim qarşıma çıxartdı və bizi bir-birimizə qovuşdurdu. Mən artıq rahat-rahat gözlərinin içinə baxa, qəlbinin döyüntüsünə qulaq asa və sənə qarşı olan pak hisslərimi səninlə paylaşa bilirəm.
Gözlər olmasa, insan görə bilməz: sən mənim görən gözüm oldun; gözdə nur olmasa, o insan kimə lazımdır: sən mənim gözümün nuru oldun; qəlb olmasa, şübhəsiz ki, insan yaşaya bilməz: sən mənim döyünən qəlbim oldun. Sən mənim həyatıma parlaqlıq, xoşbəxtlik, işıq, sevgi və nur gətirən oldun......
Onsuzda, sən bunu bilirsən. Ancaq bir daha bil ki, mən səni çox sevirəm!
Allahıma and olsun ki, hər saat, hər dəqiqə, hər saniyə, hər an yadımdasan. Hər gecə yatarkən, o gözəl çöhrən, o gözəl siman, o məsum üzün, pak baxışların gözlərim önündədir; uşaq kimi utanmağın və çəkinməyin heç vaxt yadımdan çıxmaz. Görəsən, bu qədər saflıq, məsumluq və gözəllik hansı qızda ola bilər?
Hər dəfə yuxularımda səni görmək həvəsi ilə yatıram. Sən mənim canımsan......
Sən mənim ruhum oldun, sən mənim hər şeyim oldun. Mən bu an bütün ruhumla, bütün vücudumla sənə, sənin o gözəl və təmiz qəlbinə bağlıyam. And olsun Allahın birliyinə ki, əgər “Qəlbini çıxart ver mənə!” desən, mən onu da edərəm sənin üçün......
Çünki, sən mənim ləl-cəvahiratımsan. Ərtoğrulun qəlbi səndə və sənin əlindədir......
Sən Uca Allahın mənə göndərdiyi çox qiymətli bir xəzinəsən......
Sən sevilməyə və sevməyə layiq bir qızsan. Kaş ki, bütün qızlar məhz sənintək ola bilsəydilər...... Amma ki, bu, bəlkə vaxt olmayacaqdır...... Çünki, səndən bir dənədir. Sən Allahımın mənim üçün göstərdiyi bir möcüzəsən. Haradasa ağlımı itirmək üzrəyəm... Bəlkə görən “Bu, dəlidir!” deyər. Sənə qarşı olan sevgimi pak göz yaşları ilə ifadə etsəm də, qəlbimi öz əlimlə çıxardıb sənə versəm də, yenə də azdır. Səni çox sevirəm, mənim Əzizim, səni çox sevirəm..............................
Allah-Təala öz izzəti cəh-cəlalı xatirinə, bu müqəddəs sevgini mənə və sənə çox görməsin, amin!
Səni Allah qorusun, səni Allahıma əmanət etdim! Ərtoğrulun Allaha bir can borcu var, mən kiməm ki, səni qoruyum...... Amma canım nəfəsimdən çıxanadək, sənin yanında olacağıma, bir an belə olsun ki, yanından ayrılmayacağıma və bu gözlərimin heç bir qıza baxmayacağına dair Rəbbimə and içir və söz verirəm!
Bütün sevənlərə bu cür sevgi arzulayıram!
SƏNİ ÇOX SEVİRƏM..................................
Ərtoğrul Osman Əfəndi

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub