SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » İranın turizm pərdəsi ilə mənfur siyasəti

İranın turizm pərdəsi ilə mənfur siyasəti

Tarix:

9-03-2017, 10:10

/ 2 850 dəfə oxundu.
İranın turizm pərdəsi ilə mənfur siyasəti

Belə bir məşhur deyim var: “Orta Şərqin bütün kilsələrini müsəlman turistlər maliyyələşdirir”. Doğrudan da elədir. Hətta bəlkə də bütün müsəlman ölkələrində eyni vəziyyətin olduğunu demək olar. Bu müsəlman əhalinin xristianlığı səmavi dinlərdən biri kimi qəbul edərək hörmətlə yanaşması, eləcə də islam və Şərq memarlığının hakim olduğu bu ölkələrdə fərqlilik olaraq kilsə memarlığına maraq göstərməsi ilə əlaqədardır. Nəticə olaraq yüz minlərlə turistin hesabına həmin kilsələr böyük maddi gəlir əldə edir. Bu heç də mənfi bir amil deyil. Lakin bəzi ölkələrdə bu kilsələrlə toplanan sərvət heç də düzgün məqsədlərə xidmət etmir, hətta tam da əksinə bir sıra müsəlman ölkələrinin əleyhinə işlədilir.
İranın Culfa şəhəri yaxınlığında, Araz çayı sahilində “Sent-Stefanos” adlı bir kilsə vardır. Ermənilərin iddialarına görə tarixi erməni kilsəsidir və reallıq odur ki, hazırda ermənilərin əlindədir. Bu kilsə ermənilərin iddialarına görə xristianlığın ilk dövrünə məxsusdur, bir sıra tarixi mənbələrdə isə X-XVI əsrlərə aid edilir. Kilsədə Əli Əşrəf Naxçıvan adlı şəxsin nəstəliq xətti ilə yazdığı kitabə vardır. Həmin kitabədə Culfanın Dərəşam kəndinin Abbas Mirzə Qacar tərəfindən pulla Möhübbəli bəy Naxçıvanidən alındığı və kilsəyə vəqf edildiyi yazılmışdır. Beləliklə, həmin kənddən əldə olunan gəlirlər kilsəyə sərf olunub.
“Sent-Stefanos” kilsəsi 2008-ci ildə beynəlxalq mədəni irs siyahısına salınmışdır. Bu gün “Sent-Stefanos” kilsəsi İranın Şərqi Azərbaycan bölgəsinin rekord sayda turist axını olan abidəsidir. Bunun üçün son illərin Novruz bayramı günlərinə aid olan göstəricilərə baxmaq yetərlidir. 2013-2016-cı illərin tək Novruz bayramı günlərində “Sent-Stefanos” kilsəsi 204 min nəfərdən çox daxili və xarici turist tərəfindən ziyarət edilib. Bu rəqəmlər il ərzində yalnız bir neçə gündə olan ziyarətçi sayını göstərir. İl ərzində Araz zonasına gələn daxili və xarici turist sayısı milyonlarla göstərilir və bunun böyük bir hissəsi bölgənin ən çox təbliğ olunan “Sent-Stefanos” kilsəsinə baş çəkir. Yüz minlərlə ifadə olunan bu rəqəmlər təkcə insan sayı deyil, həm də hər bir turistin ödənişi ilə kilsəyə toplanan maliyyənin göstəricisidir. Bu yerdə bütövlükdə İran İslam Respublikasında ermənilərin 100-dən çox kilsəsinin fəal olduğunu, onlara da bu cür turist axınının olduğunu, eləcə də bu kilsələrin əksəriyyətinin vəqf olunduğu üçün bütün gəlirlərin kilsəyə sərf edildiyini xatırlatmaq yerinə düşər.
Bütün bunlar boş-boşuna baş tutmur. Bir zamanlar “Xaraba Kilsə” kimi tanınan bu kilsənin indi bu cür turizm mərkəzinə çevrilməsi üçün illər boyu böyük bir yol keçilib, çox işlər görülüb. Son bir neçə ildə dövlət tərəfindən kilsənin təmiri üçün zaman-zaman böyük vəsait ayrılmış, Culfa şəhərindən kilsəyə asfalt yol salınmış, gecə işıqlandırılması təmin olunmuş, kilsənin içərisində ermənilərə aid muzey yaradılmış, müəyyən sərgilər təşkil olunmuş, ölkə rəsmilərinin bölgə səfərlərində onların kilsəyə baxışı və dünya erməniləri müxbirlərinin və digər nümayəndələrinin kilsəyə səfəri təşkil olunmuş və digər işlər aparılıb. Bu ilin turist sayını artırmaq üçün islam inqilabının ildönümü ərəfəsində bir gün kilsəyə baxış pulsuz elan edilmiş, Novruz bayramında isə bu kilsədə dünyanın beynəlxalq irsə düşmüş kilsələrinin şəkillərinin sərgisinin təşkil olunacağı bildirilib.
Bura qədəri işin üzdə olan adi tərəfidir. Lakin bir də ardınca gələn fəsadları vardır. “Sent-Stefanos”a gələn yüz minlərlə insanın beyninə yeridilən qondarma tarixi faktlarla fitnəkarlıq başlayır. Bu kilsənin qala divarlarının qədim Ermənistan padşahı Aşot Baqratuni tərəfindən inşa edildiyi, “Sent-Stefanos” kilsəsinin adını daşıdığı erməni Sent-Stefanosun xristianların ilk şəhidi olması iddia edilməsi, bu kilsənin 1000 ildən çox tarixə malik olması, kilsədə ermənilərin tarixini əks etdirən muzeyin təsis olunması, Naxçıvanla bağlı sayıqlamalar həm İrana, həm də Azərbaycana qarşı ərazi iddiaları olmaqla Naxçıvandan Təbrizədək ərazinin “Böyük Ermənistan” ərazisi olması, bu bölgənin qədim xalqının ermənilər olmasının təbliğinə xidmət edir. Eləcə də İran ermənilərinə məxsus KİV-lərə bircə gün göz atmaq kifayətdir ki, onların çoxusunun daşnaq ideologiyasına, Ermənistanın işğalçılıq siyasətinin müdafiəsinə xidmət etdiyini görək. İranda deyə bilmədiklərini isə xaricdən gələn ermənilər öz ölkələrinə qayıdanda deyirlər. İran və Azərbaycanı əhatə edən “Böyük Ermənistan”a yüzlərlə qəzet, kitab, araşdırma və s. həsr edir və qəribədir ki, İranın özündə nəşr olunan bir çox kitablarda “Böyük Ermənistan” iddiası və xəritəsi əks olunur. Beləliklə, yuxarıda göstərdiyimiz yığılan pullar bu və ya digər həm İran, həm də Azərbaycan əleyhinə sərf olunur.
Görməyənlər gözlərini silib yenidən baxa bilər. Bölgədə fəaliyyət göstərən turizm şirkətlərinin bu kilsələrə çoxsaylı səfər proqramları təşkil etməsinə, İran mətbuatı və turizm broşurlarında, sənədli filmlərdə, kitablarda erməni kilsələrinin təbliğinə, Sent-Stefanos kilsəsinin Şərqi Azərbaycan Vilayətinin tarixi abidələri içərisində ön plana çıxarılmasına və digərlərinə.
Ş.Savalan.
AZİNFORUM.AZ

Şərhlər

XƏBƏR LENTİ