XalqXəbər.Az

Kim daha aşağı faizlə kredit verir? - Banklar açıqladı

yüklənir...
Kim daha aşağı faizlə kredit verir? - Banklar açıqladı
14-03-2017, 10:07
yüklənir...

Novruz bayramına sayılı günlər qalıb. Adi günlərdə olduğu kimi bayram öncəsi də banklara axın azalmayıb. Bəs görəsən, hansı banklar daha aşağı faizlə kredit verir?

Ən sərfəli kredit faizi təklif edən banklardan biri də "Kapital Bank"dır. Xüsusən də, bayram ərəfəsində "Kapital Bank" müştərilərinə daha sərfəli kredit faizi təklif edib.

Bankın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Pərviz Sədrəddinov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. O qeyd edib ki, Novruz bayramı ilə əlaqədar olaraq, martın 31-dək aksiya davam etdiriləcək. Bu aksiyada müştərilərə daha sərfəli, 26 deyil, 22 faizlə kredit təklif olunacaq:

“Mərkəzi Bankın tələbinə görə, istehlak kreditləri maksimal həddə 29 faizlə təklif olunub. Mərkəzi Bankın tələbi olduğu üçün heç bir bank 30 faizlə kredit verə bilməz. Bizdə ən maksimum kredit faizi 29-dur. Novruz kampaniyaları ilə əlaqədar olaraq isə minimal kredit 26 faizdən 22-yə endirilib”.

Bu sərfəli kredit faizindən isə yalnız məvacib və təqaüd kartı "Kapital Bank"dan olanlar istifadə edə biləcək. Bank rəsmisi maksimal kredit faizinin 29-dan yuxarı olmayacağını deyərək, bunu Mərkəzi Bankın göstərişi ilə əlaqələndirsə də, "Unibank"ın kredit siyasəti bunun əksinə olduğunu göstərib. Bank rəsmisinin sözlərinə görə, 800 min müştərisi olan "Unibank"da təkrar kredit almaq istəyənlərə 23 faizlə, yeni kredit almaq istəyənlərə isə ən yüksək, yəni 30 faizlə kredit təklif olunur.

"Yapı Kredi Bank"da isə standart kredit faizləri var - 28. "AmrahBank"da kreditlər illik 20-24% ilə verilir. Təqaüdçülərə müxtəlif istiqamətlərdə, maksimal 60 ay müddətinə, 21%-dən başlayan illik faiz dərəcəsi ilə, 50.000 AZN məbləğinə qədər (10.000 AZN məbləğinə qədər girovsuz) istehlak kreditləri təklif edir. Kredit USD ekvivalentilə verilir. Minimum 500, maksimum 10 min manatadək kredit verən "AccessBank"da illik faiz dərəcəsi 29-dur. Mikro kreditlərlər üçün illik faiz dərəcəsi 19-28 faiz arasında dəyişilir. Belə ki, müştəriyə 300 ABŞ dollarından (AZN ekvivalenti) - 30.000 ABŞ dollarınadək kredit götürmək imkanı verilir. 6 aydan 60 ayadək olan kreditin illik faiz dərəcəsi: 19%-28% arasında dəyişilir.

"AFBBank"da istehlak kreditlərinin faiz dərəcələri 25-27 arasında dəyişilir. AG Bank-da istehlak kreditlərinin faiz dərəcələri 26% - 28.23% arasında dəyişilir.

"Nikoil Bank" rəsmisinin sözlərinə görə, istehlak kreditləri 24-28 faiz təşkil edir. Biznes kreditlərinin faiz dərəcəsi isə 10-dan hesablanır.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.