SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Azərbaycanlı aparıcı: “Elə bilirlər süni saçla kişinin xoşuna gələcəklər”

Azərbaycanlı aparıcı: “Elə bilirlər süni saçla kişinin xoşuna gələcəklər”

Tarix:

26-05-2017, 12:31

/ 117 586 dəfə oxundu.
Azərbaycanlı aparıcı: “Elə bilirlər süni saçla kişinin xoşuna gələcəklər”

“Üzümə ancaq təbii şəkildə qulluq edirəm. Makiyajdan az istifadə edirəm, yalnız efirə çıxanda və tədbirlərə gedəndə. Qapımı nə vaxt açsanız, üzümdə hər zaman maska görərsiniz”. Bunu açıqlamasında aparıcı Rövşanə Ağasəfqızı deyib. Onun sözlərinə görə, üzü üçün maskaları özü evdə hazırlayır. Aparıcı kosmetoloqlara müraciət etmədiyini, onlardan uzaq olduğunu da açıqladı: “İndiyədək üz dərimdə heç bir problem yaşamamışam. Bu yaşa qədər heç bir mezoterapiya, botoks, müxtəlif süni kosmetik prosedurlardan istifadə etməmişəm. İstifadə edənlər özləri bilərlər. Həyatım boyu 1-2 dəfə kosmetoloqa getmişəm. Onun da işini bəyənməmişəm. Kosmetoloqlar üzü qaşıyırlar, didirlər. Üzün üzərində qulluq adı ilə çox oynayırlar. Əslində pul qazanmaq xatirinə artıq prosedurlardan istifadə edirlər. Mən üzümün iynələnməyini istəmirəm. Kosmetoloq üzümü, dərimi mənim qədər tanıya bilməz. Məsələn, mən sadəcə qatığı götürüb üzümə vura bilmərəm. Çünki qatığın tərkibində olan su üz dərimi yandırır. Onu süzmə şəklində üzümə vurmalıyam. Limon suyu üzümə olmaz, qıcıqlandırır”.

Xanım aparıcı sünilikdən uzaq olduğunu deyir. O, bir çox xanımların bir-birinə bənzədiyini də əlavə edir. Aparıcı bunun günahını da kosmetoloqlarda görür: “Süni dırnaq və saçlardan istifadə etmirəm. Qadınlar bəlkə düşünürlər ki, süni dırnaq, saçdan istifadə etməklə hansısa bir kişinin xoşuna gələcəklər. İnanmıram ki, güclü cinsin nümayəndəsi də belə qadınlara meyl etsin. Kosmetoloqlar üzü elə hala salırlar ki, üzün mimikası dəyişir, adam gülə bilmir, insanla danışanda dodaqlarını aça bilmir. İndi sanki hamı heykəlləşib. Üzdə mimika olmalıdır. Bəzi müğənnilər üzlərinə o qədər əl gəzdirirlər ki, hamısı bir-birinə bənzəyir. O qədər prosedurlar edirlər ki, qocalanda üzdə nuranilik itir. Çünki üzə süni müdaxilələr çox olur”.

R. Ağasəfqızı üzünə hər gün fərqli maska sürtür. Həmin krem və maskalar üçün lazım olan vəsaitləri xarici ölkələrdən alır. O, üzə qulluq kremlərini düzgün seçməyin vacib olduğunu vurğulayır: “Üzüm, qaysı, kakos yağı üzə çox xeyirdir. Mənim üz dərim qurudur. Ona görə də daim nəm və yağlı saxlamalıyam. Genetik baxımdan dəri nə qədər yaxşı olsa da, onu qorumalısan. Bizim işimiz televiziya ilə bağlıdır, çəkiliş zamanı gur işıqlar üz dərisini qurudur. Bahalı kremlərə qaçmayın. Çünki bahalı kremlərin tərkibində onların xarab olmaması üçün kimyəvi inqridientlər olur. Kremi 8 ay saxlamaq olmaz. Bu müddətdə kremin tərkibindəki yağlar keyfiyyətini itirir”.

Xanım aparıcının ən çox sevdiyi maska yulaf maskasıdır. O, bu maska ilə hər gün üzünü təmizləyir. Aparıcı həmin maskanın reseptini xanımlar üçün açıqlayır:

- Adi kənd qatığının süzməsi və yulafla hazırlanır. Yulafı kofe üyüdəndə çəkirəm. Bir bankada ayrıca saxlayıram. Bir həftə istifadə edəcəyim kənd qatığının süzməsini də ayırıram. 1 çay qaşığı yulaf, 1 çay qaşığı süzməni qarışdırıb, vururam üzümə. 15-20 dəqiqə sonra üzdə quruyur və təmizləyirəm. Üz körpə dərisi kimi yumşaq və təmiz olur.

Digər bir təmizləyici maska:

- İri aspirin həbini əzib balla qarışdırıram və üzümə sürtürəm. Bütün civzələri, akneləri təmizləyir.

Aparıcının istifadə etdiyi daha bir maskanın tərkibi isə belədir:

- Bir qaşıq bal, bir yumurtanın sarısı, üzüm çəyirdəyi yağı.

Bu maska isə üzdə qırışların yaranmasının qarşısını alır. Həftədə iki dəfə tətbiq edilir:

- Kartof nişastasını bişirirəm, smetana oxşayır, 1 çay qaşığı smetanı da ona qatıram. Bu maska həm üzü təravətləndirir, həm gözəlləşdirir. Maskalarla yanaşı, həftədə 1-2 dəfə buzlu sudan istifadə edirəm. Nanə və kəkotunu qaynadıram, balaca, məsələn, kinder qablarında buzluğa qoyuram. Sonra hər yanaqda 5 dəfə dairə edirəm. Çox olmaz, çünki sinirlərdə iltihablanma yarana bilər. Alın və çənəyə də olmaz.

R. Ağasəfqızı evdə hazırladığı kremin də reseptini açıqladı: “Aptekdə satılan vazelin, 2 çay qaşığı üzüm çəyirdəyi, ərik, küncüt yağını qarışdırıram, bir qaşıq bal qatıb krem hazırlayıram. Bir ay istifadə edirəm. Bir aydan artıq olmaz. Üzə vurun və artıqları salfetlə silin. Vazelin bu qarışımı krem halına gətirir. Bu krem qırışların yaranmasının qarşısını alır”.

Ailem.az

Şərhlər

XƏBƏR LENTİ