"Hər yerdə bayram ab-havası hiss olunur" - Arzu Əliyeva
Planetin nüfuzlu idman kanalı "Eurosport"da Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2017" veloturuna həsr olunmuş süjet yayımlanıb.
Videomaterialda ölkəmizə gəlmiş xarici qonaqların, həmçinin Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın fikirləri yer alıb.
"Tour d’Azerbaidjan"ın rəsmi aparıcısı, Böyük Britaniyadan olan Marti Makqrossanın sözlərinə görə, bu, olduqca möhtəşəm bir yarışdır. Veloturun bir-birindən maraqlı mərhələləri və qalibləri var: "Azərbaycan turu idmançıların inkişaf nöqteyi-nəzərindən olduqca vacibdir. Baxın, görün nə qədər gənc velosipedçi bu yarışda iştirak edir. Əlbəttə ki, Azərbaycanda velosiped idmanının inkişafında bu yarış mühüm rol oynayır".
ABŞ-ın "İlluminate" komandasının meneceri Kris Conson deyir ki, Azərbaycana gəlib güclü komandalara qarşı mübarizə aparmaq onlar üçün böyük motivasiyadır. Ən önəmlisi isə bu yarış idmanın insanları bir araya gətirmək istiqamətində necə böyük əhəmiyyət daşıdığının göstəricisidir: "Məşğul olduğumuz idman növü müxtəlif mədəniyyətləri bir araya gətirir. Dünyanın müxtəlif ölkələrindən idmançılar məhz Azərbaycana toplaşır və bu gözəl haldır".
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, ölkəmizin kontinental velosiped komandası "Synergy Baku Cycling Project"in qarşısına qoyulan əsas məqsədlərdən biri odur ki, heyətin əsasını azərbaycanlı idmançılar təşkil etsin. Məhz bu amil yerli velosipedçilərin ustalıq səviyyəsinin artmasında önəmli rol oynayır.
"Tour d’Azerbaidjan-2017"nin qalibi və ən yaxşı dağ velosipedçisi, Azərbaycanın Elit yığma komandasının üzvü Kiril Pozdnyakov: "Bu fanstastik bir hissdir, onu sözlə ifadə etmək mümkün deyil. Doğma ölkəmizdə, gözəl paytaxtımızda qalib gəldik. Ümid edirəm ki, ölkəmizdə velosiped idman növü bundan sonra daha da inkişaf edəcək. Çünki bizim güclü idmançılarımız var və komandamız yüksəlişdədir.
"Tour d’Azerbaidjan"ın sonuncu mərhələsini canlı izləyən Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva "Eurosport"a verdiyi müsahibəsində deyib ki, əldə olunan nəticə olduqca yüksəkdir və hamı bununla fəxr edir: "Dünyanın bir çox ölkəsindən insanları bir araya gətirmişik. Bu hamı üçün gözəl bir imkandır və bayram ab-havası hər yerdə hiss olunur".
Arzu Əliyeva qeyd edib ki, idman olduqca vacib bir sahədir və bu cür tədbirlər gənc nəslin marağına səbəb olur: "Bu cür yarışı qəbul etməkdən qürur hissi duyuruq və bunu davam etdirəcəyik".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır