Fətullahçılar Azərbaycanda çevriliş edə bilərmi?
Son zamanlar Gülənçilərin kifayət qədər güclənməsi və Azərbaycanda nüfuz sahibi olmaları ciddi narahatçılıq yaratmaqdadır. Bununla bağlı suallarımızı bu sahənin peşəkar araşdırmaçısı,“ Terrorun gülən üzü” kitabının müəllifi Aqil Ələsgərdir.
–Azərbaycanda Fətullah Gülənçilərin gücü yenə varmı?
-Fətullah Gülənin Azərbaycandakı gücü nə zaman azaldı ki? Nəinki Azərbaycanda, az qala hər gün əleyhinə əməliyyat keçirilən Türkiyədə FETÖ bitdimi ki, sıra Azərbaycana gəlsin. Bəli, dövlətimiz bu məsələdə qardaş ölkədən daha öncə bir sıra tədbirlər gördü. Ancaq təəssüf ki, arxasında NATO kimi bir supergücü alan FETÖ hələ də öz gücünü qorumaqdadır. Qədim zamanlarda bir qrupun gücü silah-sursatı ilə ölçülürdüsə, bu günki güc timsalı maliyyədir. Gülənin Azərbaycandakı hansı biznes strukturu çökdürüldü? Bir neçə yerin adı dəyişdirildi, bir neçəsinin də rəhbərləri. O qədər. Bu səbəbdən də FETÖ hələ də Azərbaycanda güclüdür. Onu da qeyd edim ki, hazırda FETÖ Gürcüstanda ciddi şəkildə təşkilatlanmaqdadır. Qonşumuzdakı FETÖ Azərbaycanın dövlət təhlükəsizliyini də təhdid edir.
– Fətullahçılar Azərbaycanda hansı problemlər yarada bilərlər?
-15 iyul ötən əsrdə deyil, ötən il baş verdi. Beyni yuyulmuş müridlər millətin məclisini bombaladılar. Bu gün də əsas FETÖ-çülər xariçə qaçaraq, öz mövcudiyyətlərini qorumaqdadırlar. Məqsədli şəkildə təhsilimiz son iyirmi ildə məhz bunların yetişdirdiklərinin rahat hərəkət etməsi üçün məhv edildi. Bütün bunlara rəğmən Azərbaycan dövlətinin bu təhlükənin fərqində olması sevindiricidir. Fəqət bütün məmurların bu məsələdə həssas olması lazımdır ki, gələcəkdə ən azından FETÖ problemimiz olmasın.
Yeniçağ.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır