SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Yaqub Zurufçu: “O qadını qısqanarlar ki...”

Yaqub Zurufçu: “O qadını qısqanarlar ki...”

Tarix:

3-05-2017, 16:21

/ 60 921 dəfə oxundu.
Yaqub Zurufçu: “O qadını qısqanarlar ki...”

Tanınmış müğənni Yaqub Zurufçu Azərbaycana gəlib. Müğənni ilə İçərişəhərdə qarşılaşdıq

O, ailəsi - həyat yoldaşı Aynur xanım və oğlu Atilla ilə birgə gəzintiyə çıxdığını dedi. Əvvəlcə müsahibə verməkdən boyun qaçıran sənətçi və xanımınından çətinliklə də olsa, bəzi suallarımıza cavab ala bildik.

- Yaqub bəy, Azərbaycana nə vaxt gəlmisiniz?

- 15 gündür ki, Bakıdayıq, istədim oğluma İçərişəhəri göstərim. Övladım hələ burda olmayıb. Onunçün hər şey maraqlıdır. Amma inciməyin, mən müsahibə vermək istəmirəm. Nə efirlərə çıxıram, nə də saytlara danışıram.

- Biz sadəcə, hal-əhval tutmaq istəyirik. Amerikada yaşayırsınız?

- Orda da yaşayırıq, burada da...

Xanımı:

- Əsasən Azərbaycanda yaşayırıq, amma biznes üçün Amerikaya gedirik.

- Yaqub bəy hansı bizneslə məşğul olur?

- Biznesimiz yoxdur, sadəcə olaraq xarici ölkələrdə verdiyi konsertləri nəzərdə tuturam. Müğənninin biznesi onun verdiyi konsertlərdir.

- Yaqub Zurufçu ilə aranızda yaş fərqi var, nə əcəb özünüzdən bu qədər böyük birini seçdiniz, səbəb nə oldu?

- Mənim 37 yaşım var, amma həyat yoldaşımla aramızdakı yaş fərqini hiss etmirəm. Mən onu sevdiyim üçün seçdim.

- Övladınızın neçə yaşı var?

- Altı yaşı tamam olacaq. Adı da Atilladır.

- Atası kimi səsi varmı, böyüyəndə müğənni olmaq istəmir ki?

- Yox, atası onun müğənni olmasını istəmir.

Yaqub Zurufçu

- Xanımınızı qısqanırsınız?

- Yox.

- Niyə, gözəl qadındır, üstəlik özünüzdən yaşca da bu qədər kiçikdir?

- Yox, o qadını qısqanarlar ki, gözü-başı qaynaya. Mənim seçdiyim qadın kişi qızıdır.

- Aynur xanım, Yaqub bəyin sizə qadağaları varmı?

Aynur xanım

- Qətiyyən.

- Bir məşhurun xanımı olmağın çətinlikləri varmı?

- Yaqub Zurufçunun xanımı olmaq çətindir.

- Ən sərt xüsusiyyəti hansıdır?

- Sərt xüsusiyyəti yoxdur.

- Bir müddət öncə Yaqub Zurufçunun təşəbbüsü ilə Avropada keçiriləcək konsertlərin fars adı altında təqdimatı qalmaqallara səbəb oldu...

- Afişa məsələsi ilə bağlı qalmaqala Yaqub bəy özü də cavab verdi. Sonra da peşman oldu. Deyir gərək cavab verməyəydim. Çünki hər bir insanın öz fikri var...

- Yəqin ki Amerikada lüks, dəbdəbəli həyat yaşayırsınız?

- Yox, dəbdəbədən uzaq həyatımız var.

yeniçağ.az

Şərhlər

XƏBƏR LENTİ