XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » "QHT Şurasının fəaliyyəti ciddi araşdırılmalıdır", "Ölkəmizdə Rusiyaya və Ermənistana xidmət edən həddindən çox məmur var" - Sərdar Cəlaloğlu

"QHT Şurasının fəaliyyəti ciddi araşdırılmalıdır", "Ölkəmizdə Rusiyaya və Ermənistana xidmət edən həddindən çox məmur var" - Sərdar Cəlaloğlu

"QHT Şurasının fəaliyyəti ciddi araşdırılmalıdır", "Ölkəmizdə Rusiyaya və Ermənistana xidmət edən həddindən çox məmur var" - Sərdar Cəlaloğlu
20-08-2020, 09:31

Azsiyasət.com saytı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə bəzi məsələlər ətrafında qısa söhbət aparıb. Partiya sədrinə ünvanlanan sualları və onun cavablarını təqdim edirik:

- Minskdə baş verən hadisələrdən sonra Azərbaycanla Belarus müqayisə olunur. Bildirilir ki, Azərbaycan və Belarus Rusiya, eləcə də, Qərb dövlətləri ilə eyni cür siyasət aparır. Hətta Belarusda baş verən hadisələrin Azərbaycanda da baş verə biləcəyindən danışırlar. Siz necə düşünürsünüz?

- Yanlış müqayisədir, niyəsini deyim. Belarusda 30 ildir heç bir hakimiyyət dəyişikliyi olmayıb, bu illər ərzində Belarusda eyni bir adam prezidentdir. Azərbaycana isə bu illər ərzində 3 prezident rəhbərlik edib, İlham Əliyev də hazırda 4-cü prezidentdir. İkincisi, Azərbaycan tarazlaşdırma siyasəti aparır, yəni Rusiyanın təsir dairəsində nə qədər qalırsa, ona ekvivalent olaraq, Türkiyə və ABŞ-la da əməkdaşlıq edir. Belarus uzun müddət Qərbin əleyhinə dayanmışdı. Belarusda baş verən hadisələr Rusiyanın siyasi imkanları və və maliyyə dəstəyi ilə həyata keçirilir. Belarusda seçkini udan namzəd Svetlana Tixanovskaya gedib Litvada oturub, xalqa da deyir ki, küçələrə çıxmayın, özünüzü pis etməyin. Xalqın 90%-nin səsini alan bir adamın çıxışan qulaq asdım, anlaya bilmədim ki, bu adam seçkilrdə necə iştirak edib.

- Lukaşenko gedəcəkmi?

- Rusiyanın maraqlarını təmin edəcəyi təqdirdə Lukaşenko hakimiyyətdə qalacaq. Əgər Rusiya bir az da təzyiq eləsə, Belarusdakı hadisələr Ukrayna variantı üzrə inkişaf edəcək. Rusiya Belarusu hərbi müdaxilə ilə işğal edəcək, orada vətəndaş qarşıdurması yaradacaq. Dünən mətbuatda Rusiya hərbi maşınlarının Belarus ərazisinə keçməsi ilə bağlı məlumatlar da yayılmışdı. Lukaşenko Belarusda baş verən hadisələri nəzarətə almaq üçün Rusiyadan dəstək xahiş edib. Faktiki olaraq Rusiyanın intervensiyası var. Lukaşenko seçkilərdən öncə Rusiyadan uzaqlaşma yolu tutmuşdu. Amma Putin orada hadisələri elə qurub ki, Lukaşenko onun bütün şərtlərini yerinə yetirməyə məcbur olacaq.

ADP sədri S.Cəlaloğlu QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı ünvanladığımız sualı da cavablandırıb:

- QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti, lpul ayrılan layihələr ciddi şəkildə araşdırılmalıdır ki, ayrılan pulların hara və necə xərcləndiyi məlum olsun. Layihələrə ayrılan pullar nəzərdə tutulan məsələlərin ekvivalenti kimi çıxış edirmi? Bütün bunlar araşdırılmalıdır. Şura ayrılan pulların icrasına nəzarət etməlidir. Sadəcə pul ayırmaqla vəzifə bitmir. Həm də görülən işlərə ciddi nəzarət etmək lazımdır. Hesab edirəm ki, dövlət bu istiqamətdə bir proqram tutmalıdır, həmin proqram çərçivəsində bu iş həyata keçirilməlidir. Bütün layihələr vahid proqram çərçivəsində reallaşdırılmalıdır. Dostlarımızın, düşmənlərimizin xalqa və dünyaya tanıdılması ilə bağlı ciddi işlər görmək lazımdır. Yoxsa hansısa layihəni gedib orta məktəbdə icra eləmək nəyə laızmdır? Lap gedib günlərlə oturaq o məktəbdə, nə xeyiri var!? Dövlətin proqramı üzrə pul ayrılmalıdır. Özümün vətənim haqqında məlumatım yoxdursa, mən vətənpərvərliklə bağlı necə təbliğat apara bilərəm?

S.Cəlaloğlu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənovun həbsinə də münasibt bildirib:

- Azərbaycan müharibə şəraitindədir. Ölkəmizdə Rusiyaya və Ermənistana xidmət edən həddindən çox məmur var. Xarici İşlər Nazirliyinin tərkibində Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlığa cəlb olunan adamlar var. Buna görə də, ölkədə həyata keçirilən həbslərə həssas yanaşmalıyıq. Son vaxtlar həbs olunan şəxslərin hansı ölkədə vətəndaş cəmiyyətinin inkişafına dəstək olub? Serbiya Ermənistana silah verdi. Bütün bunlar göstərir ki, həbslərin arxasında ciddi dövlət və xalqımızın taleyi ilə bağlı məsələlər durur. Tələsmək lazım deyil. Eldar Həsənov Baş prokurur olub, özünü müdafiə eləmək qabiliyyətinə malikdir. Hüquq-mühafiqə orqanlarında da onun tərəfdarları var. Əgər Baş prokuror işləmiş bir şəxs özünü həbsdən müdafiə edə bilməyəcəksə, deməli, o vaxtilə Baş prokuror kimi də öz vəzifələrini yerinə layiqincə yetirə bilməyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.