Qubanın icra başçısı idmançıların zalını əllərindən aldı
Bir müddət öncə fəaliyyətini dayandıran Qubanın "Premier" futzal klubunun rəhbəri Elnur Qasımov Unikal.org-a müsahibə verib. O bildirib ki, Quba rayonu icra hakimiyyəti məşq etdikləri zalı onların əllərindən alıb:
- Klubun bağlanma səbəbi nədir?
- Əslində bizim klubun bağlanma məsələsi yox idi. Hətta futbolçularımız da Qubadan idi. Sonradan Qusar və Xaçmazdan da oyunçular qatılmışdı. Maddi məsələlərdə problem yaşadığımız üçün fəaliyyətimizi müvəqqəti olaraq dayandırmışdıq. Ancaq yenidən qayıtmaq fikrindəyik.
- Qayıtmaqla bağlı Futzal Federasiyasına müraciət etmisiniz?
- Pandemiya dövrünə düşdüyü üçün mümkün olmadı.
- Maliyyə məsələsini necə həll etməyi düşünürsünüz?
- Əvvəl oyunçularla müqavilə imzalayan zaman onlara maaş verilirdi. Son vaxtlar isə rayonumuz adına klubda pulsuz oynamağa razı olmuşdular. Komandanın oynaması üçün hər şey, meydança, baza, formalar da var. Bizim tək problem maşın problemi idi.
- Kluba dəstək üçün rayonun icra başçısına və ya icra nümayəndələrinə müraciət etmisiniz?
- Bəli, müraciət etmişik. Hətta məşq üçün zal da söz verilmişdi. Amma o da müxtəlif bəhanələrlə əlimizdən alındı. Növbəti mövsümdə köməklik olarsa, çıxıb oynamaq istəyirik. Komandadakı bütün oyunçular iştirak etmək istəyir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub