SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » AZƏRBAYCANDA: Adnan Oktarın “kedicikləri”ni Elşad Miri ilə nəsə bağlayır? - İDDİALI MÜSAHİBƏ

AZƏRBAYCANDA: Adnan Oktarın “kedicikləri”ni Elşad Miri ilə nəsə bağlayır? - İDDİALI MÜSAHİBƏ

Tarix:

5-04-2017, 18:10

/ 133 898 dəfə oxundu.
AZƏRBAYCANDA: Adnan Oktarın “kedicikləri”ni Elşad Miri ilə nəsə bağlayır? - İDDİALI MÜSAHİBƏ

“Dini görüşlərin kütləviləşdirilməsi, təbliğ edilməsi qadağandır”

Taryel Abdullayev: “Azərbaycan cəmiyyətində Harun Yəhyanı ən çox tanıtdıran məhz elə Elşad Miri olub”

Elmi mövzulardan yazan məşhur blogger, elm təbliğatçısı kifayət qədər tanınan Taryel Abdullayev “Harun Yəhyaçılar”ın Azərbaycana təhlükəliliyi ilə bağlı ”Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub ünvanlayıb. Gəncin fikrincə, Harun Yahyanın Azərbaycandakı tərəfdarlarının gördüyü iş, məqsədləri və təbliğatları, konkret olaraq, kreasionist fikirləri gələcəyimiz üçün təhlükəlidir. Bu barədə Taryel Abdullayevlə söhbətləşdik. Onunla müsahibəsini təqdim edirik:

- Qeyd etdiyiniz kimi, Harun Yəhyanın Azərbaycandakı tərəfdarlarının cəmiyyət üçün hansı təhlükəsi var?
- Harun Yəhya tərəfdarları elmin bütün sahələrini - biologiya, fizika kimi elmləri öz düşüncələrinə görə şərh edirlər. Tamamilə müasir elmdən kənar fəaliyyət göstərərək dini zəmində elm aşılamaq istəyirlər. Adnan Oktarın müəyyən dövr tarixinə baxsaq, onlar bir ideya uğrundan getmirlər. Məsələn, bu gün güc kimdədirsə, onun tərəfinə keçərlər, sabah güc dəyişərsə onun tərəfinə keçərlər. Məqsədləri isə öz yaradılış fikirlərini təbliğ etmək, kütləviləşdirməkdir. Biz Avropa Şurasının tamhüquqlu üzvüyük. Avropa Şurası Parlament Assambleyasının 1580 saylı qətnaməsinin bir neçə, xüsusən, 9 və 15.1-ci bəndini pozaraq, kreasionist ideyaları təbliq edərək, bilgisiz insanlara təsir göstərirlər. Onları təsir altına salaraq, şübhə və çaşqınlıq yaradırlar. Eyni zamanda kreasionizmi “elm” adı ilə ictimai şüura aşılayaraq, gəncləri gerçək elm və təhsildən yayındırırlar. Daxil olduğumuz şura da deyir ki, istənilən halda biz bunlarla mübarizə aparmalıyıq. Dövlət daxilində də onlara müəyyən yerlər verildi. Müxtəlif universitetlərdə, otellərdə, bahalı yerlərdə konfranslar təşkil edib fəaliyyət göstərirlər. Bu qədər bahalı yerləri necə kirayələyə bilirlər? Dövlətin buna nəzarəti varmı? Bu qədər maliyyə haradan gəlir? Çoğrafiya kitabı hazırlanır, sentyabrda bu təsdiqlənməlidir. Harun Yəhyanın ktablarından ayələr, hədislər götürülür, coğrafiya elminə bu necə daxil oluna bilər? Çoğrafiya hesablama, müşahidələrə dayanan bir elmdir. Adam kitabında yazır ki, Nuh peyğəmbər Buxar gəmisini istehsal etmişdi. Bunu götürüb kitaba, gənclərə necə aşılamaq olar? Bir ara Harun Yəhya tərəfdarları Qantoplama Aksiyası keçirmişdilər. Sonra məlum oldu ki, Türkiyənin bəzi yerlərindən, müəyyən insanlardan qan alıb Türkiyənin genetik xəritəsini lazımi yerlərə, Avropaya ötürmüşdülər. Yəni bu adamlar çox təhlükəlidir. Türkiyədə, Avropada belə onların təhlükəli olduqları barədə yazılır, deyilir. Amma Azərbaycanda bu adamlara geniş yer verilir. Kreasionist ideyaları elm kimi nümayiş etdirirlər. Homoseksuallıqla bağlı onların yaratdığı sayt var. Onları lənətliyirlər, aşağılayırlar və homoseksual insanların şəxsiyyətini alçaldacaq yazılar yazırlar. Homoseksual insanları cəmiyyətimizdə qınayaraq hansı Avropaya gedə bilərik?

“Onların təşkilatında bir nəfər fizik, bioloq yoxdur”

- Deyirsiz, onlar elmə zidd fəaliyyət göstərir?
- Elm Oksforddur, Kembriçdir, Birminqendir. Biz elmi buradan öyrənməliyik. Biz elmi hansısa xanımları çılpaq soyundurub qarşısında rəqs elətdirəndən necə elm öyrənə bilərik? Dinlə, elm bunları tamam fərqli şeylərdir. Kütlənin çoxu müasir elmdən xəbərsizdir, fizikanı, kimyanı, biologiyanı oxumadığına görə belə adamların özləri dediyi kimi məntiqsiz kitablarına uyurlar. Atom, molekul, nüvə kimi sözlərdən istifadə edən kimi elə bilirlər ki, qarşılarındakı alimdir. Azərbaycanda onların başında Ramiq Vəliyev dayanır. İlahiyyatçı elm adamı ola bilərmi? Onların təşkilatını araşdırsaz, görərsininiz ki, bir nəfər fizik, bioloq yoxdur. Bu elmləri bilməyən halda ondan necə yazmaq olar? Təbii ki, onları maliyyələşdirənlər geniş fəaliyyət tələb edirlər. Harun Yəhyanın ideyaları İslam əxlaqına uyğun gəlmir. Çılpaq qadınları qarşısında rəqs elətdirmək İslam fəlsəfəsinə uyğun gəlirmi? Hələlik Azərbaycanda onların fəaliyyəti elə də geniş deyil. Amma gələcəkdə ətrafları genişləndiriləndə, kanalları olanda onlar da qarşılarında çılpaq qadınları rəqs etdirəcəklər. Buna qarşı biganə olmaq lazım deyil. Əgər dini təbliğ edirlərsə, dini icma kimi fəaliyyət göstərə bilərlər.

“Elşad Miri onların tərəfdarlarından olub”

- Darvinin təkamül nəzəriyyəsinin yerlə bir edilməsini niyə elmi araşdırma hesab etmirsiz? Yaradılışımızı “Qurani-Kərimə” əsaslandırsaq, orada insanın necə yaranması haqqında kifayət qədər bilgilər var...
- Darvin təkamül nəzəriyyəsi hazırda dünyanın ın tanınmış universitetlərində və laboratoriyalarında tədris olunur. Bu elm olmasaydı niyə o universitetlərdə tədris olunur? Ola bilər ki, İranda, Türkiyədə, Ərəbistanda bu tədris olunmasın. Çünki onlar elmdən kənar düşmüş bir cəmiyyətlərdir və hansı səviyyədə olduqlarını hər kəs gözəl bilir.

- İddialar var ki, ilahiyyatçı Elşad Miri də onların Azərbaycandakı əsas təmsilçilçisidir. Bu belədirmi?
- Vaxtilə bəli, Elşad Miri də onların tərəfdarlarından olub. Hətta onların köməyindən istifadə edib. Amma hansısa fikir ayrılığına görə araları dəymişdi. Zamanla mən Elşad Miriyə qarşı cavablar yazıram. Amma onların cəmiyyətində olduğunu düşünmürəm. Azərbaycan cəmiyyətində Harun Yəhyanı ən çox tanıtdıran məhz elə Elşad Miri olub.

“Adnan Oktar hər zaman erməniləri müdafiə edib”

- Bəs, Harun Yəhyanı Azərbaycanda təbliğ edən təşkilatın başında kimlər dayanır?
- Azərbaycanda Harun Yəhyanı təbliğ edən təşkilat Gənclərin Mənəvi İnkişafı İctimai Birliyidir. Bu təşkilatın başında Ramiq Vəliyev və onun yoldaşı Aysel Vəliyeva dayanır. Tərəfdaşları Tural Vəlizadə, Ramil Rüstəmov, Xəyalə Səfərova, Nərmin Kərimzadə, Sahib Süleymanov, Vəfa Kərimzadə, Sevinc Haqverdizadə, Ləman Piriyeva, Elvin Pirquliyev kimilər saytlar və müxtəlif sosial şəbəkələr vasitəsilə özünü dövrün “Mehdisi” adlandıran Adnan Oktarın dini görüşlərini təbliğ edirlər. Adnan Oktar kimdir, elə bir insandır ki, hər zaman erməniləri müdafiə edib. Videoyazılarından birində ifadə edir ki, Osmanlı torpaqlarında bizim ermənilərlə çox yaxşı münasibətlərimiz olub. Amma azərbaycanlılar gəldi və aramızı pozdu. Özünə sərf edən formada fikirlərini ifadə edən bir insana nə ad vermək olar. Hətta “Facebook” sosial şəbəkəsində Adnan Oktarın “kedicikləri” olan xanımlar dəfələrlə azərbaycanlıları təhqir ediblər. Bütün bu faktların hamısı əlimdə var. Əgər elm kimi təbliğ olunurlarsa, elm nümayiş etdirsinlər, dindardırlarsa, dini təbliğ etsinlər. Məqsədləri, məramları bəlli deyil. Tarix boyu belə şey olmayıb.

“Harun Yəhya Gülən kimi bir şəxsdir”

- Harun Yəhyaçıların Fətullah Gülənçilərdən və digər nurçulardan fərqi nədir?
- Belə götürəndə hər ikisi Səid Nursini qəbul ediblər. Onun ideologiyası ilə gedirlər. Harun Yəhyanın çıxışlarından görmək olar ki, Səid Nursinin kitablarına əsaslanaraq, özünü dövrünün “Mehdi”si adlandırır. Amma gülənçilərlə əlaqəsinin olduğunu bilmirəm. İnanmıram ki, Harun Yəhya Gülənin təqlidçisi olsun. Çünki o özü də Gülən kimi güclü bir şəxsdir. Onun Nyu-Yorkun küçələrində pullu reklamları gedir. Onlar bu günə qədər Təkamül Nəzəriyyəsindən başqa heç bir elmə hücum etməyiblər.

- Bir müddət əvvəl Azərbaycanda nurçulara qarşı mübarizə tədbirləri həyata keçirildi. Nurçuları təbliğ edən ədəbiyyatlar yığışdırıldı, gülənçilər saxlanıldı. Bəs Harun Yəhyaçılara toxunulmadı?
- Harun Yəhya tərəfdarları çox güclüdür. Düzdür nurçular da güclüdür. Amma onların yaratdıqları təşkilatlar yalnız iqtidara, hakimiyyətə tərif yağdırırlar. Hakimiyyətə özlərini sevdirmək istəyən seminarlar təşkil edirlər. Hər biri sosial şəbəkələrdə aktivdirlər və başlarının üstündə Heydər Əliyevin portretini asıblar. Bu kimi yollarla ölkədə qala bilirlər. Onların hansı məzhəbdə olmasının fərqi yoxdur. Sadəcə dini inanclarını kimlərəsə aşılamağa ehtiyac yoxdur. Bu gün məscidlərdə, ibadət evlərində yalnız dini görüşlər paylaşıla bilər. Amma bunun kütləviləşdirilməsi, təbliğ edilməsi qadağandır. Fikir verirsinizsə, Harun Yəhyanın Azərbaycandakı tərəfdarları kütləyə Harun Yəhyanın baxış bucaqlarını təqdim və təbliğ edirlər. Bu özü bir təbliğat deyilmi? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bu cür məsələlərə nəzarət etməlidir.

- Hakimiyyət nümayəndələri içərisində Harun Yəhya tərəfdarları necə varmı?
- Onu mən deyə bilmərəm. Əgər varsa, demək ki, onların fəaliyyətinə icazə verənlər var.

cumhuriyyet qəzeti

Şərhlər

XƏBƏR LENTİ