XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » Texnologiya Universitetində təhlükəli ab-hava... - İLGİNC

Texnologiya Universitetində təhlükəli ab-hava... - İLGİNC

Texnologiya Universitetində təhlükəli ab-hava... - İLGİNC
23-02-2017, 09:25

"Özlərini hamıdan ağıllı sayan nurçular ATU-da təhsilə, elmə xəyanət yolunu tutub da, gələcəyimizə zərbə vurmaqdadırlar”

"Qiyabiçi tələbələri rektorun "ovçuları kəməndə salır””

II müsahibə

Bəs, ATU-ya Fətullah Gülən məktəblərindən gətirilmiş digər kadrlar özlərini nə dərəcədə doğruldur?

İl yarım ərzində universitetə gətirilmiş "kadrların” cəmi 3-nün elmi dərəcəsi var. V.İsmayılov haqqında yuxarıda qeyd etdim. İkinci "görkəmli alim ” elmi işlər üzrə prorektor Səbuhi Yusifovdur. O, 2000-ci ildə Qafqaz Universitetində "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bakalvr, 2002-ci ildə isə orada həmin ixtisas üzrə magistr dərəcəsi alıb. Baxın, yenə birdən-birə heç aidiyyatı olmayan ixtisasdan "Yerli idarəetmə mühitinin yaxşılaşdırılmasının iqtisadi məsələləri” mövzusunda "dissertasiya müdafiə edib, iqtisad üzrə fəlsəfə doktorudur”. Onun dissertasiya işi hələ araşdırılır. "Dövlət və bələdiyyə idaretməsi” ixtisası üzrə təhsil alan birisinin V.İsmayılov kimi bilmədiyi iqtisadiyyat sahəsinə aid ixtisasdan minimum imtahanını sərbəst verməsi və olmayan biliklə dissertasiya yazması gülüncdür. Elə o səbəbdəndir ki, Səbuhi "abi” də iqtisadiyyat kafedrasında işləməyi tərcih etmir. ATU-da Qafqaz Universitetində aldığı ixtisas üzrə dərs deyib, "alimlik” edə bilmədiyi bələdiyyəçi kimi başını girləyir. S.Yusifov Qafqaz Universitetində nurçu kimi tam yetişmiş "kadrdır”. Onun Ağdaş türk liseyində işləyərkən qazandığı "abi” titulu universitetdə yüksək vəzifə tutmasında önəmli rol oynayıb.

Onun yazdığı dissertasiya da V.İsmayılovun işi kimi suallarla doludur. Universitetdəki elmi prorektor kimi fəaliyyəti "Müştəriyə yönəlmə proqramı”na qoşulan mütəxəssislərlə toplantı keçirməkdən ibarətdir. Təsəvvür edin ATU-ya gələndən boş vədlərlə özlərinə 2000-3000 manat maaş yazdıran "görkəmli alimlər” hələ universitetə bir manat belə xeyir verməyiblər.

Onlardan olan üçüncü "alim” Hüseyn Azərdir. Onun bakalvr təhsili "Dövlət və bələdiyyə idaredilməsi”, magistr təhsili isə "Gömrük işi” ixtisasıdır. Onun da "yazdırdığı dissertasiya işi” o biri nurçular kimi başqa sahədəndir. O, "Mərkəzləşdirilmiş yem sexi üçün tamrasionlu yem qarşığı texnoloji xəttinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin Gəncədə sifariş etdirmiş və "Kənd təsərrüfatının mexanikləşdirilməsinin texnologiya və vasitələri ” ixtisasına aiddir. Bu başabəla "alim” hamının acığına 2009 və 2011-ci illərdə olmaqla 2 dəfə müdafiə edib, sözügedən nurçular kimi nə o sahədən xəbəri var, nə də dissertasiyanın içində yazılanlardan. V.İsmayılov və S.Yusifov dissertasiya yazdırmaq üçün sifarişi bir az ağıllı veriblər. Onların işində Azər Hüsyndə olduğu kimi riyazi ifadələr, mexanikanın qanunlarına söykənən araşdırmalar və mexanizmlər filan yoxdur. Təhsil aldığı bələdiyyə ixtisası hara, gömrük işi, mexanikləşdirmə hara? Onun da adları yuxarıda gedən "alimlər ” kimi müdafiə etdiyi ixtisasdan minimum imtahanı verə bilməsi sadəcə elmi cəfəngiyyatdır. O da "müdafiə” etdiyi ixtisasdan dərs demir. Bu dissertasiya işlərinin ləğvi ilə əlaqədar təşkilatlara müraciət olunacağına heç kim şübhə etməsin.


Professor, ATU-da kadr məsələləri necə həll edilir?

Gülənçilər ATU-ni "işğal edib”. Kadr məsələlərini birmənalı şəkildə rektor və ətrafındakı nurçular həll edir. Əsas vəzifələrə ancaq Gülən (Ağlayan: C.H.) məktəblərinin kadrları oturdulur. Müsabiqə, seçki formal xarakter daşıyır. Yol verilən ədalətsizliyə etiraz edənlər cəzalandırılır. Məsələn, 2015-ci ilin oktyabrında ATU-da müsabiqə yolu ilə dekan seçkisi keçirilirdi. Fakültənin birinə dekan seçilmək üçün müsabiqədə mən də iştirak etdim. Seçkidə qalib gəldim, lakin rektor nəticələri saxtalaşdırmağa rəvac verdi. Müsabiqədə iştirak etmək hüququ olmayan və seçkini uduzan nurçu Hüseyn Azəri rektor əmri ilə dekan təyin etdi. 19 yanvar 2016-cı il tarixdə Kəpəz Rayon Məhkəməsi rektorun müvafiq əmrini ləğv etdi. Bu nəticədən hiddətlənən rektor və nurçular ATU-da olan 4 fakültədən 3-nü bir-birinə qarışdırıb, yeni fakültələr yaratdılar və H.Azəri onlardan birinə yenə dekan təyin etdilər. Bu məqamdan istifadə edib 4 fevral 2016-cı il tarixdə mənim müdiri olduğum, respublikada yeganə "Tekstil və yüngül sənayenin texnolgiyası” kafedrasını ləğv etdilər. Heç bir aidiyyatı və əlaqəsi olmayan çörək, şərab, mürrəbə və s. qida məhsullarının texnologiyası üzrə kadr hazırlayan mütəxəssisləri ilə parça, trikotaj, ayaqqabı və s. tekstil və yüngül sənaye ixtisasçılarını bir yerə yığıb "həftə-becər” kafedra düzəltdilər. Özü də bunu o vaxt etdilər ki, ölkə başçısı cənab İlham Əliyev tekstil və yüngül sənaye sahələrinin inkişafının vacibliyini önə çəkmişdi. 1 fevral 2016-cı il tarixdə maliyyə naziri cənab Samir Şərifov və Gəncə şəhər İH-nin başçısı cənab Elmar Vəliyevin iştirakı ilə keçirilmiş iclasda mən də cənab prezidentimizin fikirlərinin doğru olduğunu vurğulayaraq ölkədə və regionda bu sahələrin inkişafının vacibliyini təsdiqləyən fikirlər söyləmiş və təkliflər vermişdim. Rektor və nurçular, mənafeylərinə xidmət etmədiyimə və bəd əməllərinə biganə qalmadığıma dözümsüzlük göstərərək, təqibləri davam etdirib, nəhayət məni 28 dekabr 2016-cı il tarixdə işdən ikinci dəfə çıxartdılar.

Nurçuların işlədiyi il yarıım müddətdə universitetdən 2 elmlər doktoru, dosent, 1 fəlsəfə doktoru etiraz əlaməti olaraq işdən çıxıblar, mənimlə birlikdə, çox savadlı 1 müəllim də işdən çıxarılmışdır. Bundan əlavə ATU-nun rəhbərliyi 100-dən çox tədris-köməkçi heyətdən olan işçiləri işdən çıxarıb, əvəzinə nurçu kadrları yerləşdiriblər. Əsas vəzifələrə oturanlar Fətullahın məktəblərində təhsil alanlar və vəzifə üçün "doğulmuşlar”dır.

Başqa bir fakt-nurçu Nicat Nəsirli elmi dərəcəsi (adı) olmadan iqtisadiyyat fakültəsində bir ildən çox dekan vəzifəsini icra edib. N. Nəsirli də bələdiyyəçidir. O, hansı haqqla dekan olub, fakültə elmi şurasına necə rəhbərlik edib? Onu ora oturdanlar görəsən kollektiv qarşısında xəcalət çəkiblərmi? İndi bu "görkəmli bələdiyyəçi” kadr Kənd Təsərrüfatı Nazirliyində yeni vəzifəyə aparılıb...

Hələ başqa "fenomen” tarix müəllimi, tədris şöbəsinin müdiri Axundov Piri "abi”ni tanıyın. O, 2002-2010-cu illər arasında Quba, Zaqatala və Gəncə şəhərlərində Fətullah Gülənin liseylərində müəllim işləyib. Gəncədə xarici ölkələrə tələbə göndərənlərdən biri olub. İndi deyilənə görə ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsində oturdulub. Görünür onun 4 noyabr 2016-cı ildə tələbə və müəllimlərdən 5-10 manat pul yığma və universitetdəki Heydər Əliyev Müzeyində digər "önəmli abilərə” ad günü keçirmə kompaniyasındakı fəal iştirakı rektorun çox xoşuna gəlib. Bəlkə də, Piri "abi”nin V.İsmayılovla birgə "ölü can” saxlamaları rektorun diqtəsi ilə baş verib. Ya da onun yeni vəzifəsi hər üçünün, 2015-2016-cı ilin tədris ilində ayağını universitetə basmayan və bir qəpik pul ödəməyən M461a qrupunun magistri Leyla Əhmədovanın "təhsil alması” hesabına, əlaltılarına il boyu maaş verməyin mükafatıdır. (Bu haqda təhsil nazirinə və rektora müraciət olunub ki, müvafiq ölçü götürülsün.) Nurçuların Gəncədə əsas bələdçisinin Piri "abi”nin olması təsadüfi deyil. Dərs yükü olmadan kafedrada hamını 0,5 ştatda saxlayaraq, həyat yoldaşını tarix müəllimi, qaynını isə universitetin hüquqşünası vəzifəsinə gətirmək onun mükafatıdır.

(Yeri gəlmişkən, bizim kənddə Sarı Nəbi adında bir sürücü olub (Allah rəhmət eləsin.) Sovxozun qarajına təzə maşınlar gəlibmiş. Ondan soruşurlar ki, ay Nəbi dayı təzə maşınlardan sənə də verəcəklərmi? O, bir az durub, deyir: yox ay bala, zavod maşın buraxanda üstündə dığa da buraxır...)

Cahangir müəllim, belə çıxır ki, universitetdə tədrisin keyfiyyətindən birmənalı danışmaq da asan deyil...

Bəli elədir ki, var. "Atın qabağına ət, itin qabağına ot qoyublar” . Mən bu "alimlərə” dəfələrlə izah etdim ki, pul verib bilik almaq istəyən tələbələrə fənlər doğru-düzgün və keyfiyyətlə tədris olunmalıdır. Amma özlərini hamıdan ağıllı sayan nurçular ATU-da təhsilə, elmə xəyanət yolunu tutub da gələcəyimizə zərbə vurmaqdadırlar. Diqqət edin, tədris işləri üzrə prorektor bilmədiyi və sosioloq ixtisasına uyğun gəlməyən "Fəlsəfə”, "Elmi tədqiqat işlərinin əsasları ” və s. fənləri tədris edir. Elmdən xəbəri olmayan birisinin məsələn, "Dizayn ” və "İqtisadiyyat” ixtisaslarının magisrtlərinə hansı "Elmi tədqiqat işlərinin əsasları”nı tədris edə bilər ki? Sosioloq hara, dizayn hara, iqtisadiyyat hara? Elə bu özbaşnalığın nəticəsidir ki, ayaqqabı, toxucu üzrə mütəxəssislərə "Trikotajın texnlogiyası”na aid fənlərin tədrisi həvalə edilir. Burada hansı keyfiyyətdən söhbət gedə bilər? Sadəcə müəllimlər jurnalları doldururlar. Başqa misal deyim, 2015-2016-cı il tədris ilində "Trikotajın texnologiyası ” ixtisasında təhsil alan M481a qrupunda magistrlərə rektor A. Süleymanov dərs deməli idi. Amma o, bir saat belə dərsə gəlmədi, magistrlər isə imtahandan "əla” qiymətlər aldılar. Həmin qrupda mənim tədris etdiyim "Trikotajın keyfiyyətinin texnoloji təminatı ” fənnindən 16.06.2016-cı il tarixdə imtahan olub, cavabları yoxlatmadan magistrlərə "37 ” bal yazılıb. Bu yanvarda "Trikotajın texnologiyası” ixtisasında oxuyan magistrlərə 2 kursda 8 imtahan olub. Onların cavablarını universitetdə yoxlaya bilən mütəxəssis yoxdur. Cavabları yenə də istədikləri kimi qiymətləndiriblər. Nəticələri nurçuların "gözbağlayıcıları” müəyyənləşdirirlər. N. Nəsirlinin cəmi 10 dəqiqə dərs dediyi qrupda tələbələrin hamısı yüksək qiymətlər alıblar. Necə?

Professor, əvvəlki müraciətlərinizdə universitetdə korrupsiya və rüşvətxorluq kimi qanunazidd faktlardan da bəhs etmişiniz...

Əlbəttə, sadəcə rüşvət alan da, verən də "tutulmayan oğru, oğru deyil” məntiqi ilə işləyirlər. Bu gün universitetdə təhsil alan 500 nəfərə yaxın qiyabiçi tələbə elə bilirsiniz özü imtahan verir? Qətiyyən yox, 20-30 nəfər istisna olmaqla, qalanını rektorun "ovçuları kəməndə salır”. Əyani oxuyan 1500-ə yaxın tələbənin ən yaxşı halda 20-30%-iözü imtahan verir. Dərs keçilməyən yerdə hansı bilikdən, imtahandan söz gedə bilər? Buraxılış işləri və dövlət imtahanlarını da rektor və ətrafı tələbələrə peşkeş etmirlər.

Diqqət edin, 4 noyabr 2016-cı il tarixində universitetdə turnuketdən keçmək üçün karta təxminən 2000 tələbədən 5 manat və 250-dən çox müəllim və texniki heyətdən 10 manat olmaqla, təxminən 17000 manat pul yığdılar. Təhsil Nazirliyinə, Gəncə şəhər İH-nə şikayətlər oldu. Tələbələr internetdə paylaşdılar. Sağ olsunlar, Gəncə şəhər İH-nin rəsmiləri zamanında reaksiya verdilər, suçlular ifşa olundular. Onların təkidi ilə yığılan pullar geri qaytarıldı. Sonradan sonraya13 noyabrda rektoru və təlim-tərbiyə üzrə prorektoru Təhsil Nazirliyinə çağırdılar. Prorektor istefa verdi. Deyilənə görə indi onun yerinə pul yığılmasının təşkilatçılarından biri Piri "abi” prorektor vəzifəsində oturdulub. Bu faktı ona görə dedim ki, 5-10 manata əl uzadan universitet yetkililəri 2000 tələbəyə "buyur keç” deyəsi deyillər.

Əslində nurçular öz fəaliyyət prinsiplərini çox tez açıq bəyan etdilər.

6 avqust 2015-ci il tarixdə universitetə prorektor və başqa mühüm vəzifələrə gətirilən "kadrlar” 25 günün tamamında, 31 avqustda rektorun 223 saylı əmri ilə 2000-3000 manat əlavə əmək haqqı verilməsinə təminat aldılar.

25 gün işləyən adamlar nazir və icra başçısının birlikdə aldığı maaşdan çox maaş ala bilirlərsə və 5-10 manata göz dikirlərsə, görün universitetin maliyyə durumu indi hansı vəziyyətdədir. Kimliklərini, mütəxəssislik səviyyələrini bir az əvvəl dediyim təcrübəsiz nurçular ATU-ya şəbəkələşməyə və pul dalınca gəldiklərini göstərdilər.

"Yadınızdadırsa, bir "Mozalan” nömrəsində rəhmətlik Eldəniz Zeynalov bir baş həkim rolunda oynayırdı. Yeni baş həkimin xalatında cibin olmadığını görən həkimlər təşviş keçirirdilər ki, daha pul-para görməyəcəklər. Sonra məlum oldu ki, baş həkim sadəcə xalatı tərsinə geyinibmiş. Əslində onun xalatının düz üzündə ciblərin sayı daha çox, həm də böyük imiş.”

Yəni ATU-də hansısa müsbət sayılacaq nəsnədən danışmaq mümkün deyil?

Rəhbər vəzifəyə can atırlar.Əsas vəzifələrə ancaq nurçuları təyin edirlər ki, onların gizlinləri üzə çıxmasın. Nurçu "rəhbərlərin”gizli toplantılarında onlardan olmayanların iştirakı mümkün deyil. Onlar Türkiyədəki Fətullahçılar kimi özlərini hamıdan üstün sayır, təkcə özlərinin kadrlarına bel bağlayırlar. Fətullahçılar kimi, nurçu olmayanları öz tərəflərinə çəkib, istifadə edir, sonrada onları güdaza verirlər. Onlara mane olanları şər-böhtanla işdən uzaqlaşdırırlar, elə Türkiyədəki FETO-çular kimi. Dini imanları puldur. Şəbəkələri daxilinə qeyri-nurçuları buraxmırlar. Yalançıdırlar. Çox çevikdirlər. Yalanı düz kimi qələmə verməyi çox asanlıqla edirlər. Dildən pərgardırlar. Bu kimi keyfiyyətləri ilə sadəlövh insanları çaşdıra bilirlər və s. İşlədikləri ilyarım müddətində, üzr istəyirəm, bir mövcud tualetin üstünə ağlay yapışdırıb, içinə də "kitayski” avadanlıq quraşdıraraq, ümumi təmirə 37 min manat, digərinin tikintisinə isə 48 min manat (hər ikisi 2015-ci ilin noyabr-dekabr məzənnəsi ilə) xərclədilər.Sonrada başa bəla prorektor V.İsmayılov 2015-ci ilin moyabrında kafedra müdirləri ilə keçirdiyi toplantıların birində buyurdu ki, "kim yeni tualeti görməyibsə bizimlə deyil”. Nurçularla birgə olmağın simvolu sayılan "tualet-məbəd” hələ işləmir, çünki pulu paranı dağıdıblar, əlavə yeni xərclər tələb olunur. Universitetdə qalan pul isə nurçuların maaşına ancaq çatar.

Belə informasiya yayılmıdır ki, ATU-nun nurçuları dəstə-dəstə dəfələrlə Türkiyə uuniversitetlərində olublar...

Düzdür. 2015-2016-cı tədris ilində FETÖ-çuların Türkiyədə 15 iyul Dövlət çevrilişinə cəhdinə qədər ATU-dakı nurçular dəfələrlə qardaş ölkədə qrup halında ezamiyyətdə olublar. Rektor A. Süleymanov, onun nurçu ətrafı-V. İsmayılov, S. Yusifov, P. Axundov və başqaları ayrı-ayrı qruplarda Yıldız Texniki Universitetində, İstanbul Universitetində, Orta Doğu Texniki Universitetində, Yıldırım Bəyazid Universitetində, Bilikənt Universitetində, Hacəttəpə Universitetində rəsmi işgüzargörüşlər keçiriblər. Hal-hazırda bu universitetlərdən onlarla FETÖ-çu xaric olunub, həbs olunanların olduğu Türkiyə KİV-dən məlumdur. Hətta ATU-un nurçu dəstəsinin universitetdə hamının beynini xarab etdiyi Yıldız Texniki Universitetinin görüşündə olduğu rektoru FETÖ-çu imiş və 100-dən çox professor –müəllim heyəti ilə birlikdə işdən kənarlaşdırılıb. Sıralarında həbs olunalar da var. Yəni "şahqulu gedib, bayquş gətirib”.

Əslində ATU-dan Türkiyə ali məktəblərinə gerçəkləşdirilən ezamiyyətlərin arxasında FETÖ-çularla görüşün detalları hələ gizlidir, yəqin ki, əlaqədar təşkilatlar bu sirri çözərlər. İnşallah.

Çox maraqlıdır ki, ATU-nun nurçu dəstəsi daha Türkiyəyə getmir, "əlaqə yaratdıqları” universitetlərin adlarını belə çəkmirlər. Hələ 14 noyabr 2015-ci il tarixdə universitetin 45 illiyinə həsr edilmiş konfransa dəvət olunanlar arasında Yıldız Texniki Universitetinin professoru Hanifi Saraç, Fətullah Gülənə aid Gürcüstan Beynəlxalq Qara Dəniz Universitetinin rektoru İlyas Ciloğlu, Qafqaz Universitetinin rektoru Ahmet Saniçin xüsusi ilə diqqət mərkəzində olması çox şey deyirdi.

Fətullah Gülənə bağlı nurçular əslində konfransda iştirak etməklə ATU-dakı nurçuları dəstəkləyib, onların arxasında olduqlarını nümayiş etdirirdilər. Maliyyəsi talan edilmiş universitetdə nurçulara əlavə 2-3 min manat maaş təyin etməklə kifayətlənməyən rektorun şou-konfrans keçirib, Ahmet Saniçə və digər ali nurçulara ATU-ya bəxş etdikləri "kadrlar ” üçün minnətdarlıq ziyafəti verməsinin izahı yoxdur.


Hal-hazıra ATU-da onların əsas fəaliyyəti nədən ibarətdir?

Onlar nurçuların şəbəkələşməsini davam etdirirlər.Ən düşündürücü məqamlardan biri odur ki, Təhsil Naziri cənab Mikayıl Cabbarovla prorektorlar V.İsmayılov və S.Yusifov arasında bağlanan bir illik müqavilənin vaxtı çoxdan bitib. 6 avqust 2016-cı il tarixdən prorektorlarla müvafiq müqavilə bağlanmayıb, onlar hal-hazırda müqaviləsiz işləyirlər (!?). "Zaman qılınc kimidir,biz kəsməsək o bizi kəsər”şüarı ilə işləyən nurçular universitetdə indi texniki heyətin –laborantların, xadimələrin və s. bu kimi işçilərin əmək haqlarını azaldaraq özlərinin və onlara bəh-bəh deyənlərin maaşlarını qaldırmaqla məşğuldular.

Hələlik, Təhsil Nazirliyi və digər əlaqədar təşkilatlar ATU-da nurçuluğun inkişafına, maliyyə israfçılığna, təhsilin və elmin tənəzzülünə göz yumurlar. İnanıram ki, çox çəkməz, nurçular tam ifşa olunarlar və öz layiqli cəzalarını alarlar. İnşallah.

Xeberinfo.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.