SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Yeni Azərbaycan Partiyasının qapıları müxalifət düşərgəsi üçün açıqdır - Millət vəkili

Yeni Azərbaycan Partiyasının qapıları müxalifət düşərgəsi üçün açıqdır - Millət vəkili

Tarix:

6-12-2017, 12:36

/ 2 226 dəfə oxundu.
Yeni Azərbaycan Partiyasının qapıları müxalifət düşərgəsi üçün açıqdır - Millət vəkili

Bu dəfə redaksiyamızın qonağı millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadədir.

xalqxeber.az millət vəkili Aydın Mirzəzadə ilə müsahibəni oxuculara təqdim edir.

-Dünyanın bir çox ölkələrində millət vəkilləri və dövlət nümayəndələri ictimai nəqliyyatdan daha çox itifadə edirlər, bəzən işə belə ictimai nəqliyyatda gedirlər. Siz necə, yalnız xidməti maşından istifadə edirsiniz?

-Xidməti maşından istifadə edirəm. Lakin fürsət olduqca metrodan və ictimai nəqliyyatdan da istifadə edirəm. Hətta mən sizə metro kartımı da göstərə bilərəm. Mütəmadi olaraq insanlar mənə yaxınlaşıb problemləri ilə bağlı kömək istəyirlər. Mən də öz tövsiyyələrimi verirəm ki, bu istiqamətdə getsəniz, məsələni həll edə bilərsiz.

-Futbolla maraqlandığınızı və hətta fanat olduğunuzu bilirik. Marağınızı daha çox nə çəkir?

-Futbolla az maraqlanıram. Lakin idman siyasəti ilə yaxından tanışam. Mən Azərbaycanın bu və ya digər tərəfdən uğurlarına sevinən biriyəm. Dünən Roma klubunun bir futbolçusunun "Qarabağ artıq Çelsinin vaxtilə böyük hesabla uduzduğu komanda deyil" sözü məni qürurlandırdı. Artıq Avropa Qarabağı gələcəyin güclü komandası kimi rəqib görür.

Sonra 38 yaşlı gəncimiz Fərhad Qayıbovun Avropa Gimnastikasının nüfuzlu bir beynəlxalq təşkilatına prezident seçilməsi məni ürəkdən sevindirir. Bununla bağlı çalışıram ki, idman haqqında ümümi informasiyadan geri qalmayım.

-"Qarabağ" Futbol Klubunun baş məşqçisinin həm də Millimizə baş məşqçi təyin edilməsinə münasibətinizi bilmək istərdik. Sizcə, bu qərar nə dərəcədə effektiv olacaq?

-Qurban Qurbanovun Milliyə keçməsinə müsbət baxıram. Təbii ki fikir ziddiyyətləri də olacaq. Hər kəs eyni cür düşünsə, həyat maraqsız olar. Bundan əlavə Qurban Qurbanov Azərbaycan idmanının yetişdirdiyi ən parlaq fiqurlardan biridir. Hətta mənim üçün fəxrdir ki, Qurban Qurbanov karyerasına 18 yaşında vaxtilə mənim doğulduğum Mingəçevir şəhərində, Kür komandasında idmançı kimi başlayıb. Düşünürəm ki, milliyə keçməsi düzgün qərardır. Onun böyük təcrübəsi var və digər komandalar da bundan istifadə etməlidi.

-Siyasi aktiv olan ölkələrdə müxalif iqtidar həmrəyliyinə şahid oluruq. Hətta hər hansısa məsələlərdə birlik də nümayiş etdirirlər. Amma təəssüflər olsun ki, hakim partiyanın müxalifətlə həmfikir olduğuna rast gələ bilmirik. Bu hakim partiyanın sərt mövqeyidir, yoxsa müxalifətin səriştəsizliyi?

-Mən bildirim ki, dediyiniz parlament ölkələrində daha çox olur. Prezident respublikalarında da belə praktikalar var. Ancaq müxalifət görüşmək istədikdə bu cür görüşlər baş tutur. YAP partiyasına bu cür görüşlər təklif edildikdə heç bir problem olmadan həmin görüşlərdə iştirak edir. Öz təşəbbüsümüz ilə də biz ara-sıra müxalifət iqtidar fərqi qoymadan əsas aparıcı partiyaları dəyirmi masa ətrafında görüşünü təşkil edirik. YAP-nın qapısı hər kəsin üzünə müxtəlif məsələlər həlli üçün açıqdır.

Nə YAP-a, nə də ki, parlamentdə fəaliyyət göstərən deputatlara belə müraciət olunmur. Olmadığı halda onların təşəbbüsünü səsləndirməyimiz siyasi etika cəhətdən düzgün olmaz. Mən də mətbuatdan oxuyuram ki, ara-sıra müxalifət partiyaları Prezident Adminstrasiyasında bəzi təkliflər irəli sürürlər. Aydındır ki, Prezident Adminstrasiyası təkcə partiyanın deyil, ümumilikdə hakimiyyəti idarə edən orqandır. Belə təkliflər yüzlərlə gəlir. Onların hər birinə cavab verməsi praktikası yoxdur. Orda səmərəli təklif olarsa gələcək fəaliyyətdə nəzərə alınır. Müxalifətin təklif hazır edib göndərməsində 2 böyük qüsur var:

1-ci qüsur bundan ibarətdir ki, onlar iddia edirlər ki, verdikləri təklif güclüdür və qeyd-şərtsiz qəbul edilməlidir. Bu belə ola bilməz, onlar hakimiyyət qüvvəsi deyil. Yeni Azərbaycan Partiyası özünün şüarları, özünün ideologiyası ilə hakimiyyəti qazanıbsa aydındır ki, o, özünün ideologiyasını həyata keçirməlidir.

2-ci qüsur ondan ibarətdir ki, onlar hər hansı bir məsələnin müzakirəsində YAP-da olan deputatlara müraciət etmirlər. Müraciət etsinlər, biz də dəyirmi masa ətrafında bu məsələlərə aydınlıq gətirək. Onların həqiqətləri olduğu kimi bizim də həqiqətlərimiz, arqumentləri olduğu kimi bizim də arqumentlərimiz var.

-Aydın müəllim, bəzən biz rast gəlirik ki, müxalif düşərgədən bəzi təkliflər gəlir, amma cavabsız qalır. Burada hansı qənaətə gələ bilərik, Yeni Azərbaycan Partiyasının müxalifətin təklifinə qarşı qoymağa arqumenti yoxdur, yoxsa sadəcə diqqət ayırmır?

-Xeyr, mən sizin fikirlərinizlə razı deyiləm. Müxalifət çox təəsüf ki, mətbuat vasitəsi ilə müraciət edirlər, birbaşa yox. Qaldırdığı hər hansı məsələ barəsində partiyamız ayrı-ayrı üzvləri hər zaman cavab verir. Onların və jurnalistlərin hər hansı məsələ barəsində fikir bildirmək məsələsinə müsbət cavab veririk. Biz bu cəmiyyətdə yaşadığımız üçün biz də bu problemləri görürük və hərəkətlərimiz ilə buna cavab veririk. Çox təəsüf ki müxalifət irəli sürdüyü məsələlər şüar xarakterli olur. Siyasətsə şüarı sevmir. Şüarla bir dəfə uğur qazanmaq olar. Şüarla irəli getmək olmaz.

İnsanların və əmlaklarının toxunulmazlığı təmin olunmalıdır. 2-ci təhsilləri səviyyəsinin keyfiyyətli olmasını arzu edir. 3-cü iş yerinin olmasıdır. Əmək haqqının, pensiyasının yüksək olmasını istəyir. İnsanlar dövlətinin qürurlu olmasını istəyir. Yeni Azərbaycan Partiyası bu istiqamətlərdə öz işlərini aparır. Bizim hər bir zaman müxalif düşərgənin qaldırdığı istənilən məsələyə dair etik normalar gözlənilməklə həmişə cavabımız olub. Burada bir arqumenti də nəzərə almaq lazımdır, biz fərqli düşərgənin insanlarıyıq. Bizim hər hansısa bir məsələdə ortaq nöqtələrimizin olması və mövqelərimizin kəsişməsi o qədər də rastlanan deyil. Mövqelərimiz üst-üstə düşsə də mexanizmlərimiz fərqlidir. Mən fikirlərimizin üst-üstə düşməməsinə normal baxıram. Amma buna da baxmayaraq biz onların söz demək hüququna hörmətlə yanaşırıq, müxalifət düşərgəsi ilə daim polemikaya girməyə daim hazırıq.

BiG.AZ

Şərhlər

XƏBƏR LENTİ