Əfran İsmayılov İlham Əliyevlə söhbətdən danışdı: "Mənə dedi ki..."
2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveç yığması ilə oyun üçün Olsoya yola düşən Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovun “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Sentyabrın 1-də keçirəcəyiniz səfər oyununda hansı nəticəyə ümid edirsiniz?
- Ağır oyuna gedirik. Şansımız az olsa da, maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qarşıda iki oyun var. İndi Norveçə gedirik, daha sonra Bakıda San Marino yığması ilə qarşılaşacağıq. Hər iki görüşə ciddi hazırlaşırıq. Bu qarşılaşmalardan 4 xal qazana bilsək, mənim üçün maksimum sayıla bilər. Çünki səfər oyunumuz çox ağırdır. Çalışacağıq ki, orda da 3 xal qazanaq. Lakin Osloda 1 xal da bizim üçün böyük nəticə sayıla bilər.
- “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanması millinin düşərgəsində hiss olunur?
- Bəli, əhval-ruhiyyəyə də müsbət təsir göstərib. Baş məşqçimiz Robert Prosineçki sağ olsun, məşqdən qabaq iclasda “Qarabağ”ın bütün futbolçularını təbrik etdi. Bunun Azərbaycan futbolu üçün böyük uğur olduğunu qeyd etdi.
- Avqustun 24-də Prezident İlham Əliyev “Qarabağ”ın kollektivini qəbul etdi. Bu görüşlə bağlı təəssüratlarınız necədir?
- Prezidentin qəbuluna düşmək bizim üçün böyük şərəfdir. Futbolçu üçün bundan böyük sevinc ola bilməz. Elə bir şəxsin yanına getmişik ki, bu, hamının arzusudur.
- Prezidentlə qısa dialoqunuz barədə nə deyə bilərsiniz?
- Bütün futbolçularla görüş-görüşə gəldi. Mənə çatanda bir az söhbət etdi. Maraqlı dialoqumuz alındı. Dedi ki, sənə baxıram, izləyirəm, sürət və driblinqin var, amma topu arxada çox saxlama, tez oyna. Həqiqətən mənim üçün çox sevindirici haldır. Prezidentlə görüşmək, onun əlini sıxıb, söhbət etmək futbolçu üçün unudulmaz hisslərdir. Onun bu cür ürəklə danışması mənə stimul verir.
(Bu zaman söhbətə milli komandanın qapıçısı Kamran Ağayev müdaxilə edir)
- Prezident hamını izləyir, hamını tanıyır. Azərbaycan xalqına demək istəyirəm ki, Əfrana inansınlar. Sosial şəbəkələrdə çox lazımsız şeylər yazırlar. Düzgün etmirlər. Bu, o Əfrandır ki, vurduğu qollar sayəsində "Qarabağ" avrokuboklarda mərhələlər adlayıb.
- Yığmanın heyətindəki futbolçuların durumu necədir?
- Başqa futbolçulardan biri budur (yanında dayanan Kamran Ağayevi işarə edir – red.) Klubundakı son oyununa görə çox tənqid edirlər. Məncə, Kamran hazırda 1 nömrəli qapıçıdır. Nə qədər səhv etsə də, yenə güclü qapıçıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır