XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Sumqayıtda OLAY: Anası ilə mübahisə edib özünü yandırdı

Sumqayıtda OLAY: Anası ilə mübahisə edib özünü yandırdı

Sumqayıtda OLAY: Anası ilə mübahisə edib özünü yandırdı
10-07-2023, 09:18

 Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğlunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb.

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

Araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.