SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə - Detallar

Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə - Detallar

Tarix:

29-05-2023, 12:35

/ 325 dəfə oxundu.
Zığ yolunda bir ailənin məhv olduğu hadisə barədə - Detallar

 Ötən gecə Bakı şəhər Xəzər rayonunda baş vermiş ağır qəzada ölənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub.

Saat 21:00 radələrində 1980-ci ildə Naxçıvan MR-də anadan olmuş Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı  avtomobillə Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadaları vurub. Nəticədə 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızı, onun 1984-cü il təvəllüdlü gəlini Cavadova Samirə Xudayar qızı və sonuncunun 2020-ci il təvəllüdlü qızı Hüseynova Məryəm Nadir qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-nin İŞ-də CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Bildirilir ki, hadisənin baş verdiyi yer piyada keçidinin yaxınlığı olsa da, ərazidə işıqlandırma olmayıb. Bu səbəbdən sürücünün görmə məsafəsi xeyli azalıb. Mövcud vəziyyət piyadalarla yanaşı sürücülər üçün də hərəkət təhlükəsizliyini azaldıb.

Qeyd edək ki, bir neçə ay əvvəl “Qafqazinfo” bu yoldakı problemlər, xüsusilə işıqlandırmanın olmaması barədə yazı dərc etmişdi.

Şərhlər

XƏBƏR LENTİ