SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “VAZ-2109” piyadanı vurub ÖLDÜRDÜ

“VAZ-2109” piyadanı vurub ÖLDÜRDÜ

Tarix:

12-02-2023, 14:20

/ 413 dəfə oxundu.
“VAZ-2109” piyadanı vurub ÖLDÜRDÜ

 
Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Quba-Qonaqkənd yolunun Qam-Qam kənd ərazisindən keçən hissəsində baş verib.
2001-ci il təvəllüdlü Mustafayev Elvin İsrail oğlu idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən piyada 1976-cı il təvəllüdlü, Quba rayonu Qam-Qam kənd sakini Əliyev İntiqam Ziyəddin oğlunu vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ