Polis Balakəndə əməliyyat keçirdi - 8 nəfər tutuldu
Polisin son iki gündə Balakəndə keçirdiyi əməliyyatlar nəticəsində 8 nəfər saxlanılıb, 15 kiloqram narkotik dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı əmioğlanları - Fərman və İsrafil Qarayevlər saxlanılıb. Şəxsi axtarış zamanı qohumların üzərindən marixuana aşkarlanıb. Fərman Qarayevin yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətdiyi də müəyyən edilib. Onun Gərəkli kəndi ərazisində yerləşən evinə baxış zamanı ümumi çəkisi 14 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitəni ötən ilin martında meşəlik ərazidə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub. Həmin meşə massivinə baxış keçirilərkən oradan narkotik tərkibli bitkilərin hissələri götürülərək istintaqa təhvil verilib.
Növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri satmaqda, saxlamaqda şübhəli bilinən daha 6 nəfər rayon sakini –Əsgər Əsgərov, Rizvan Cücüyev, Azər Qardaşov, Kamran Əliyev, Araz Babayev və onun qohumu Nazim Baradov tutulub. Onlardan külli miqdarda güclü təsiredici narkotik vasitə-heroin və marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslərin əksəriyyəti əvvəllər də eyni əmələ görə məhkum olunublar və onlar izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?