“YARAT”ın rəssamı Bakıda ölümcül döyüldü
Baknın mərkəzində gənc rəssam ölümcül döyülüb.
Məlumata görə, “YARAT” Müasir İncəsənət Təşkilatının üzvü, rəssam Batunay Haqverdiyev naməlum şəxslərin hücumuna məruz qalıb.
Məlumata görə, Britaniya Rəssamlıq Akademiyasının məzunu olan B.Haqverdiyev axşam saatlarında evinin eyvanında dayanarkən xoşagəlməz mənzərənin şahidi olub.
Cangüdənləri ilə gəzişən bir nəfər öz itini sahibsiz və arıq itin üstünə apararaq döyüşdürmək istəyib. B.Haqverdiyev onlara irad tutub və iti götürərək kənara qoymaq istəyib. Bu zaman həmin şəxslər tərəfindən ağır söyüşlərlə təhqir olunub və əlbəyaxa dava başlayıb. Üç nəfər iri cüssəli oğlan B.Haqverdiyevi huşunu itirənədək döyüblər.
B.Haqverdiyev ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunub.
B.Haqverdiyevin anası Yelena Haqverdiyeva bildirib ki, oğlu Tibb Universitetinin Xəstəxanasında əməliyyat olunub, vəziyyəti yaxşı deyil. Zərərçəkmişin anası hadisə barədə ətraflı məlumat vermək istəməyib.
Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsinin təhqiqatçısı Eldar Mirzəzadə deyib ki, B.Haqverdiyevi döyən şəxslərin kimliyi hələlik məlum deyil. Onun sözlərinə görə, B.Haqverdiyev hadisə baş verən zaman 3 nəfər olublar. Hazırda araşdırma aparılır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır