SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bərdədə 15 yaşlı qızı zorlayan şəxsə bəraət verilməsi ilə bağlı AÇIQLAMA

Bərdədə 15 yaşlı qızı zorlayan şəxsə bəraət verilməsi ilə bağlı AÇIQLAMA

Tarix:

10-07-2022, 15:40

/ 351 dəfə oxundu.
Bərdədə 15 yaşlı qızı zorlayan şəxsə bəraət verilməsi ilə bağlı AÇIQLAMA

 
Bəzi media orqanlarında və sosial şəbəkə səhifələrində «Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi» ilə bağlı məlumat dərc edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qeyd edili ki, həmin xəbər tərəfimizdən qismən təkzib olunmaqla bildirilir ki, sözügedən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib.


Həmin maddənin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, 10.02.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə sanksiya həddində olan 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilmiş, lakin Bərdə rayon məhkəməsinin hökmü ilə ona bəraət verilib.

Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib və hazırda iş Gəncə Apellyasiya məhkəməsinin icraatındadır.

Şərhlər

XƏBƏR LENTİ