SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Maşın kanala aşdı, bir ailə xəstəxanalıq oldu - Fotolar

Maşın kanala aşdı, bir ailə xəstəxanalıq oldu - Fotolar

Tarix:

26-06-2022, 18:00

/ 526 dəfə oxundu.
Maşın kanala aşdı, bir ailə xəstəxanalıq oldu - Fotolar

 
Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.

Hadisə bu gün saat 5 radələrində Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, sürücü, Kürdəmir rayonunun Atakişili kənd sakini, 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov “Nissan” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı sürücü Sərxan Kərimov və onun sərnişinləri - 25 yaşlı Samirə Elxan qızı Kərimova, 2 yaşlı Aylin Sərxan qızı Kərimli və 1 yaşlı Cəlil Sərxan oğlu Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Maşın kanala aşdı, bir ailə xəstəxanalıq oldu - Fotolar



Şərhlər

XƏBƏR LENTİ