Polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb - VİDEO
Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı cinayət işi açılıb.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
***
saat 11.08
Bakıda polis avtomobili minik maşını ilə toqquşub.
Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı maşınla toqquşub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, qəzada ölən polis əməkdaşı 1992-ci il təvəllüdlü Zeynallı Emin Adil oğludur.
Qeyd edək ki, qezanın görüntülərini Orxan Məmmədli adlı facebook istifadəçisi öz səhifəsində paylaşıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?