XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Az bal yığan abituriyent özünü öldürmək istədi - Azərbaycanda

Az bal yığan abituriyent özünü öldürmək istədi - Azərbaycanda

Az bal yığan abituriyent özünü öldürmək istədi - Azərbaycanda
24-05-2017, 16:39

Şəmkir sakini intihara cəhd edib.

ARB 24-ə istinadən xəbər veririk ki, şəhərin Tatarlı kənd sakini 18 yaşlı Namiq Cahan oğlu Qasımov dərman içərək həyatına son qoymaq istəyib. Anası tez xəbər tutduğuna görə o, Tovuz rayon Qovlar Şəhərinin Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

İlkin müayinədən sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilən Namiq Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin ehtimala görə, Namiqin intihar etməsinə onun qəbul imtahanında istədiyi nəticəni göstərə bilməməsi səbəb olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.