XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! - Bankın önündə özünü yandıran şəxsin FOTOSU

ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! - Bankın önündə özünü yandıran şəxsin FOTOSU

ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! - Bankın önündə özünü yandıran şəxsin FOTOSU
24-05-2017, 16:34

Bu gün Bakıda bankın qarşısında özünü yandıran şəxsin fotoları yayılıb. Azneft meydanında "Bank Respublika"nın qarşısında üstünə benzin tökərək yandıran 64 yaşlı Ramiz Manafovun feysbukda yayılıb.

Qeyd edək ki, hazırda Respublika Yanıq Mərkəzində olan R.Manafovun vəziyyəti kritikdir.

*****

14:00

Bu gün Bakının mərkəzində Neftçilər prospekti 63 ünvanında (Azneft meydanı) yerləşən "Bank Respublika"nın filialının qarşısında özünü yandıran 64 yaşlı Manafov Ramiz Manaf oğlu Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, ilkin müayinə zamanı məlum olub ki, onun bədəninin əksər hissəsi - baş, boyun, gövdə, yuxarı və aşağı ətraflar tamamilə yanıb. Həkimlər yaralıya 3-4-cü dərəcəli termiki yanıq diaqnozu qoyublar. Mütəxəssislər çox ağır vəziyyətdə daxil olan yaralının yaşamaq şansının olmadığını deyiblər.

Artıq R.Manafovun ailə üzvləri də xəstəxanaya gəlib. Onlar bankda girovluqda olan evlərinin əllərindən alınması ilə bağlı 64 yaşlı kişinin dərin sarsıntı keçirdiyini deyiblər.

*****

12:00

Bakıda bank tərəfindən evi əlindən alının şəxs özünü yandırıb. Hadisə Neftçilər prospekti 63 ünvanında yerləşən "Bank Respublika"nın filialının qarşısında baş verib. Yasamal rayon sakini olan 1953-cü il təvəllüdlü Manafov Ramiz Manaf oğlu bankın qarşısında üstünə benzin tökərək özünə od vurub. Bankın mühafizəçiləri onu söndürməyə çalışıb. Həmin şəxs hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Bildirilir ki, özünü yandıran şəxsin banka xeyli kredit borcu olub və aldığı vəsaiti geri qaytara bilmədiyinə görə bank onun evini əlindən alıb.
ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! - Bankın önündə özünü yandıran şəxsin FOTOSU
ÜRƏYİ ZƏİFLƏR BAXMASIN! - Bankın önündə özünü yandıran şəxsin FOTOSU

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.