SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Tərtərdə iki nəfər MİNAYA DÜŞDÜ

Tərtərdə iki nəfər MİNAYA DÜŞDÜ

Tarix:

18-02-2022, 15:54

/ 446 dəfə oxundu.
Tərtərdə iki nəfər MİNAYA DÜŞDÜ

Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

1963-cü il təvəllüdlü Səfərov Alışan Şərif oğlu və 1965-ci il təvəllüdlü Səfərov Faiq İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ