XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Azərbaycanda DƏHŞƏT: Oğul atasını balta ilə ÖLDÜRDÜ

Azərbaycanda DƏHŞƏT: Oğul atasını balta ilə ÖLDÜRDÜ

Azərbaycanda DƏHŞƏT: Oğul atasını balta ilə ÖLDÜRDÜ
10-06-2021, 12:22

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Quba Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürmüşdür.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə istintaq davam edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.