SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda polis özünü və sevgilisini xidməti silahla ÖLDÜRDÜ - YENİLƏNİB

Bakıda polis özünü və sevgilisini xidməti silahla ÖLDÜRDÜ - YENİLƏNİB

Tarix:

20-05-2021, 14:49

/ 839 dəfə oxundu.
Bakıda polis özünü və sevgilisini xidməti silahla ÖLDÜRDÜ - YENİLƏNİB

Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirmiş, özü isə intihara cəhd etmişdir. 
DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. 
Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

***
Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb. 
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb. 
Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib. 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ