SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Tarix:

5-05-2021, 12:17

/ 648 dəfə oxundu.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) mayın 4-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ