SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "BakuBus”un avtobusu ağaca çırpıldı - Xəsarət alanlar var

"BakuBus”un avtobusu ağaca çırpıldı - Xəsarət alanlar var

Tarix:

19-04-2021, 11:20

/ 428 dəfə oxundu.
"BakuBus”un avtobusu ağaca çırpıldı - Xəsarət alanlar var

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yanında qeydə alınıb.
Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.
Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.




Şərhlər

XƏBƏR LENTİ