SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Xaçmaz sakini 4 ildir itkin düşüb

Xaçmaz sakini 4 ildir itkin düşüb

Tarix:

5-02-2021, 10:34

/ 548 dəfə oxundu.
Xaçmaz sakini 4 ildir itkin düşüb

Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 46 yaşlı Zaur Həmidov 4 ildir itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, o, 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Z.Həmidovun əlamətləri belədir:

Boyu 172 sm., orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır.

Zaur Həmidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Şərhlər

XƏBƏR LENTİ