SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » AİLƏSİ ONU AXTARIR

AİLƏSİ ONU AXTARIR

Tarix:

9-05-2020, 13:21

/ 1 085 dəfə oxundu.
AİLƏSİ ONU AXTARIR

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonunun Alekseyevka (Çay kənarı) kənd sakini, 42 yaşlı Murad Ziyayev 2019-cu ilin noyabr ayının 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Murad Ziyayevin əlamətləri belədir: Boyu 167 sm., orta bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi şabalıdır. Murad Ziyayev ruhi əsəb xəstəliyindən əziyyət çəkir.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Şərhlər

XƏBƏR LENTİ