XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu

DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu

DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu
20-01-2021, 13:58

Bakıda və Sumqayıtda silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində yaşayan H.Tumasovdan üç ədəd patron aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bakı şəhər sakini İ.Ağayev Binəqədi rayonu ərazisində saxlanılıb.

Ondan “Marqolin” markalı tapança və 44 ədəd patron aşkar edilərək götürülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.