SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Polisdən ƏMƏLİYYAT: İrandan ölkəyə narkotik keçirən şəxs saxlanıldı - FOTO

Polisdən ƏMƏLİYYAT: İrandan ölkəyə narkotik keçirən şəxs saxlanıldı - FOTO

Tarix:

4-01-2021, 13:35

/ 701 dəfə oxundu.
Polisdən ƏMƏLİYYAT: İrandan ölkəyə narkotik keçirən şəxs saxlanıldı - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan ölkəmizə qaçaq yolla narkotik vasitə, psixatrop maddə və narkotik tərkibli həblər keçirən əcnəbi vətəndaş saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İran vətəndaşı Sadeq Şəfii rayon ərazisində saxlanılıb və şəxsi axtarış zamanı ondan 10 qrama yaxın psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun ölkə ərazisinə qanunsuz yolla gətirdiyi və Çaylı kəndi ərazisində yolun kənarında gizlətdiyi narkotik vasitələr də müəyyən edilib. Həmin şəxsin gizlətdiyi kolların arasında gizlətdiyi çantadan ayrı-ayrı bağlamalarda ümumilikdə 22 kiloqramdan artıq heroin, 2 kiloqram 630 qram metamfetamin, 3100 ədəd metadon və tramadol həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Polisdən ƏMƏLİYYAT: İrandan ölkəyə narkotik keçirən şəxs saxlanıldı - FOTO

Şərhlər

XƏBƏR LENTİ