SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qusarda oğurluq edən şəxs yaxalandı

Qusarda oğurluq edən şəxs yaxalandı

Tarix:

24-12-2020, 14:56

/ 697 dəfə oxundu.
Qusarda oğurluq edən şəxs yaxalandı

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlamaqla zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanılıb.

Araşdırmalarla həmin şəxsin rayon sakini Zərbəli Çigəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı Z.Çigəliyev törətdiyi oğurluq hadisəsini etiraf edərək, əldə etdiyi qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan əşyaların çox hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin analoji hadisələrdə iştirak edib-etməməsi araşdırılır.

Şərhlər

XƏBƏR LENTİ