XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » "Green house”un əməkdaşı yıxılaraq xəsarət aldı

"Green house”un əməkdaşı yıxılaraq xəsarət aldı

"Green house”un əməkdaşı yıxılaraq xəsarət aldı
18-09-2020, 11:37

Sentyabr 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin fəhlə işlədiyi “Green house” MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olduğu zaman yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hacıqabul Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, hadisə ilə əlaqədar izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəb, şərait və mexanizminin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.