XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » "Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı

"Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı

"Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı
4-09-2020, 10:45

Ukraynada “Azərsun Holdinq”ə məxsus yük avtomobili yoxa çıxıb.

“Bakupost” xəbər verir ki, içərisi 20 ton yağ məhsulu ilə yüklənmiş maşın bir neçə gün əvvəl tapılıb. Lakin yük maşını tapılsa da içərisində olan məhsullar oğurlanıb.

Qeyd edək ki, bu ilk oğurluq hadisəsi deyil. Bundan əvvəl də Ukrayna ərazisində “Azərsun Holdinq”, “Veysəloğlu”şirkətlərinə məxsus yük avtomobilləri, eləcə də dərman daşıyan TIR-lar oğurlanıb. Maraqlıdır ki, bu cinayətlərin heç birinin üstü açılmayıb. Hətta bu məsələlərlə bağlı keçmiş Baş prokuror Zakir Qaralov o vaxt Ukraynanın Baş prokuroruna müraciət etmişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.