
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov saxlanılıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Haqqin.az-a istinadən xəbər veririk ki, əməliyyat nəticəsində rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, birinci müavin Tacəddin Novruzov və digər vəzifəli şəxslər saxlanılıb.