SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "Bandotdel"dən ƏMƏLİYYAT: Silahlar ələ keçirildi - FOTO

"Bandotdel"dən ƏMƏLİYYAT: Silahlar ələ keçirildi - FOTO

Tarix:

14-08-2020, 13:29

/ 877 dəfə oxundu.
"Bandotdel"dən ƏMƏLİYYAT: Silahlar ələ keçirildi - FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları İmişli şəhərində əməliyyat keçirib.

DİN-dən verilən məlumata görə, qurumun əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı oradan nömrəsiz “AKS-47” markalı avtomat, 5 ədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, 1 ədəd “ME-800 General” markalı qaz tapançası, 1 ədəd “Agent” markalı qaz-siqnal tapançası və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.
"Bandotdel"dən ƏMƏLİYYAT: Silahlar ələ keçirildi - FOTO

Şərhlər

XƏBƏR LENTİ