XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » “Baron” ləqəbi şəxs tutuldu - Hacıqabulda polis əməliyyatı

“Baron” ləqəbi şəxs tutuldu - Hacıqabulda polis əməliyyatı

“Baron” ləqəbi şəxs tutuldu - Hacıqabulda polis əməliyyatı
23-04-2017, 20:11

Hacıqabulda "Baron” ləqəbi ilə tanınan narkotik alverçisi tutulub.

xalqxeber.az xəbər verir ki, rayon sakini İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb.

Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman kibrit qutularına yığılmış 10 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Onun evindən isə bir kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana tapılıb. Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.